Modern.az

Gürcüstanda oxuyan əcnəbilərin sayı 12 ildə 20 dəfə artıb

Gürcüstanda oxuyan əcnəbilərin sayı 12 ildə 20 dəfə artıb

Təhsil

17 İyul 2023, 10:16

Son 12 ildə Gürcüstan universitetlərində əcnəbi tələbələrin sayı 20 dəfə artıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Galt & Taggart" araşdırma aparıb.

 

Belə ki, bu gün Gürcüstanın ali təhsil müəssisələrində 25.1 minə yaxın xarici ölkə vətəndaşı təhsil alır.

 

2022-2023-cü tədris ilində Gürcüstan universitetlərində təhsil alanların ümumi sayının 15.2%-ni əcnəbi tələbələr təşkil edib. Beynəlxalq tələbələrin əksəriyyəti Hindistandan (52.1%), İordaniya (8.7%) və İsraildəndir (5.5%).

 

Əcnəbilərin 74.6%-i özəl universitetlərdə təhsil alır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi