Modern.az

Türkiyə-Azərbaycan Universitetində neçə tələbə təhsil alacaq?

Türkiyə-Azərbaycan Universitetində neçə tələbə təhsil alacaq?

Təhsil

29 Fevral 2024, 15:50

Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta DoğuTeknik Universiteti, İstanbul Teknik Universiteti və Haccettepe Universiteti, Azərbaycanda isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaqlar.

 

Modern.az xəbər verir ki, bunu media nümayəndələri üçün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.

 

"Növbəti tədris ilindən Universitetdə ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur. Əsas profil mühəndislik olmaqla, növbəti tədris ilindən komputer elmləri, elektrik və elektronika mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi nəzərdə tutulur. Gələcəkdə isə tibb təhsilinin tədrisini planlayırıq",-o deyib.

 

Tədrisin ilkin mərhələdə türk və ingilis dillərində aparılacağını deyən nazir akademik dəstəyin Türkiyə, inzibati, maliyyə dəstəyinin isə Azərbaycan tərəfindən göstəriləcəyini vurğulayıb.

 

“Burada həm azərbaycanlı, həm də türk müəllimlər çalışacaq. Həm Türkiyə-Azərbaycan, həm də Qarabağ Universitetində yeni tədris modelləri və ən yaxşı tələbə-müəllim kontingentinin formalaşdırılması hədəflənib,” – deyə nazir qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok