Modern.az

Azərbaycanlı qız ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna qəbul olunub

Azərbaycanlı qız ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna qəbul olunub

Təhsil

16 Mart 2024, 08:59

Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hal-hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbinə - ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunub.

Modern.az-ın məlumatına görə, Təhsil İnstitutundan bildirilib ki, məktəbli olduğu dövrdə Fidan bir neçə yerli və beynəlxalq olimpiadalarda uğurla iştirak edib. O, informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında 4 dəfə qızıl medal, iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi