Modern.az

Ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı MƏLUM OLDU

Ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı MƏLUM OLDU

Təhsil

16 Mart 2024, 14:21

Xəbər verdiyimiz kimi, ali məktəblərə və kolleclərə ərizə qəbulu başa çatıb.

Modern.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, ümumilikdə 115.245 abituriyent ərizəsini təsdiqləyib.


Ali təhsil müəssisələrinə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin ümumi sayı 110.354 nəfər olub. Bunun 100.259 nəfəri Azərbaycan bölməsinin, 10.095 nəfər rus bölməsinin abituriyentləridir.

Tam orta (11 illik) təhsil bazasında kolleclərə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin sayı 96.667 nəfər olub. Bunlardan 89.858 nəfər Azərbaycan bölməsi üzrə, 6.809 nəfər rus bölməsi üzrə qeydiyyatdan keçib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi