Modern.az

“İnterAz” TV-nin yeni xəbər portalı fəaliyyətə başlayıb

“İnterAz” TV-nin yeni xəbər portalı fəaliyyətə başlayıb

Təhsil

18 Oktyabr 2013, 14:33

”İnterAz” TV-nin yeni portalı fəaliyyətə başlayıb. Azərbaycanın Dövlət Müstəqilliyi günü - oktyabrın 18-də istifadəyə verilən portalda ölkəmizin ictimai, siyasi, sosial və mədəni həyatında baş verən hadisələr, yeniliklər, regionda və dünyada gedən proseslərlə bağlı qaynar xəbərlər, analitik yazılar, müsahibə və reportajlar, maraqlı video və fotogörüntülər yayımlanacaq. Saytda dərc olunan materiallara yazılan oxucu şərhləri də əksini tapacaq. Azərbaycanın sərhədlərindən kənardan - Rusiya ərazisindən yayımlanan ilk və yeganə azərbaycandilli telekanal olan “İnterAz”ın rəsmi veb səhifəsi belədir: “www.interaztv.com”.
Veb-sayt “İnterAz” TV-nin efirində gedən verilişləri, xəbər buraxılışlarını canlı izləmək, yayımlanacaq verilişlərin anonsları ilə tanış olmaq imkanı yaradacaq, fikir və təkliflər yazmaqda izləyicilərə yardımçı olacaq, telekanal haqqında, yayım əhatəsi, kollektiv barədə ətraflı məlumat verəcək.
Xatırladaq ki, “İnterAz” televiziyası Rusiyanın paytaxtı Moskvadan yayımlanır. Telekanal 75-ci dərəcədə yerləşən LMI-1 (ABS-1) peyki ve Raduga Tv operatoru vasitəsilə Rusiya, MDB və digər ölkələrə açıq yayım həyata keçirir. İnterAz kanalına, həmçinin KaTv-1, Connect, Ailə Tv, BBTV ve Smart (Gəncə) SNTV (SUMGAYIT) kabel şəbəkələrində baxmaq mümkündür. Telekanal "Azerspace” peyki vasitəsilə də yayıma başlayıb

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…