Modern.az

Bu ali məktəblərin diplomlarının tanınması həyata keçirilmir - Nazirlik

Bu ali məktəblərin diplomlarının tanınması həyata keçirilmir - Nazirlik

Təhsil

28 Mart 2024, 10:22

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınmasınmasındakı vacib məqamla bağlı çağırış edib.

 

TKTA-dan Modern.az-a verilən məlumata görə, daxili akkreditasiyası olmayan ali məktəblərdən əldə olunan kvalifikasiyaların tanınması həyata keçirilmir.

 

Qeyd edilib ki, “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü