Modern.az

“Ağıllı” saat aşkar olunan şagirdlər imtahandan xaric edildilər

“Ağıllı” saat aşkar olunan şagirdlər imtahandan xaric edildilər

7 Aprel 2024, 16:34

Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

 

Modern.az DİM-ə istinadla xəbər verir ki, 3 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric edilib və araşdırma aparılır.

 

Bundan əlavə, bir nəfərdə yoluxucu xəstəlik – suçiçəyi müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə əsasən imtahana buraxılmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi