Modern.az

Azərbaycanda Kenquru Müsabiqəsinin ilk mərhələsi keçirilib

Azərbaycanda Kenquru Müsabiqəsinin ilk mərhələsi keçirilib

8 Aprel 2024, 13:58

Azərbaycanda II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib.

Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan (ARTİ) bildirilib.

Aprelin 7-də ARTİ-nin təşkilatçılığı ilə 107 mərkəzdə keçirilən müsabiqənin nəticələrini iştirakçılar 17 aprel tarixindən etibarən kenquru24.az saytı vasitəsilə şəxsi kabinetlərindən əldə edə biləcəklər.

Uzun illərdir ki ölkəmizdə keçirilən bu müsabiqədə minlərlə şagirdə riyaziyyat fənni üzrə biliklərini yoxlama imkan yaradılır. Müsabiqə şagirdlərin problem həll etmə bacarıqlarını, məntiqini və riyazi mülahizələrini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi