Modern.az

17 min bağça müəllimi diaqnostik qiymətləndirilmədən keçəçək

17 min bağça müəllimi diaqnostik qiymətləndirilmədən keçəçək

Təhsil

18 Aprel 2024, 12:46

"Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 39 müdir təyinatı olub".

 

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında deyib.

 

O bildirib ki, 282 tərbiyəçi-müəllim işə qəbul olunub.


"Cari ildə 17 min tərbiyəçi-müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək".

E.Bağırov deyib ki, diaqnostik qiymətləndirilmədən keçmək işdən ayrılma, əmək müqaviləsinə xitam verilməsi mənasına gəlmir.

"Qiymətləndirmə onların peşəkarlaşmasına yardımçı olacaq. Növbəti mərhələdə tərbiyəçilər sertifikasiyaya cəlb olunacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü