Modern.az

Qeydiyyat üçün son gün! - 82 min nəfər tələbə olmaq istəyir

Qeydiyyat üçün son gün! - 82 min nəfər tələbə olmaq istəyir

Təhsil

6 May 2024, 09:10

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat bu gün başa çatır.

 

Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, indiyədək 82497 abituriyent qeydiyyatdan keçib.

 

Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 29164 nəfər bu qrup üzrə müraciət edib.

 

II ixtisas qrupu üzrə 23101 nəfər, III qrup üzrə 24438 nəfər, IV qrup üzrə isə 5794 nəfər qeydiyyatdan keçib.

 

Qeydiyyatdan keçənlərin böyük hissəsini - 74297 nəfəri Azərbaycan bölməsi, 8200 nəfərini isə rus bölməsi üzrə müraciət edənlər təşkil edir.

 

Kolleclər üçün qeydiyyatdan keçənlərin sayı 98039 nəfərdir.

 

Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi