Modern.az

Sergey Şoyqu Zakir Həsənovla görüşüb

Sergey Şoyqu Zakir Həsənovla görüşüb

Aktual

15 Avqust 2016, 14:29

Azərbaycanda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənov ilə görüşüb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, iki ölkənin nazirləri Xəzər dənizi regionundakı təhlükəsizlik məsələlərini müzakirə edib.

 

“Düşünürəm ki, bu gün Yaxın Şərq və öz regionumuzda təhlükəsizliyin təmin olunmasını müzakirə edə biləcəyik. Bundan başqa, bizim hərbi və hərbi-texniki sahədə bir çox layihələrimiz də var ki, onlar müzakirə olunmalıdır. İnanıram ki, bu məsələlərdə razılıq əldə edəcəyik”.

 

 Tərəflər Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğun deyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı