Fransanın keçmiş iqtisadiyyat naziri Arno Montebur prezidentliyə namizədliyini irəli sürüb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o bu haqda özünün Twitter səhifəsində xəbər yayıb.
Montebur onu da qeyd edib ki, Fransada vəziyyət o dərəcədə ağırdır ki, ideyaların, layihələrin yenilənməsi insanların həyatı üçün vacibdir.
Fransada prezident seçkiləri 2017-ci ilin yazında keçiriləcək. İndiki dövlət başçısı Fransua Oland ikinci müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Keçmiş prezident Nikolya Sarkozi də yenidən bu posta iddialıdır.
Modern.az