Modern.az

Bakıda 17 yaşlı qız itkin düşdü

Bakıda 17 yaşlı qız itkin düşdü

Актуально

25 Fevral 2019, 22:59

Bakıda yeniyetmə qız itkin düşüb.

Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunun Binə qəsəbəsində baş verib.

Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Qərənfil Rüstəmova polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan qızı, 2002-ci il təvəllüdlü Rüstəmova Ləman Rasim qızı fevralın 21-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı