Modern.az

ATƏT sədri bu gün Yerevana gedir

ATƏT sədri bu gün Yerevana gedir

Aktual

12 Mart 2019, 13:35

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq məqsədilə 12-13 mart tarixlərində Yerevana səfər edəcək.

Bu haqda Modern.az Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, səfər çərçivəsində ATƏT-in sədri Ermənistan prezidenti Armen Sarkisyan, baş nazir Nikol Paşinyan, parlamentin sədri Ararat Mirzoyan və XİN rəhbəri Zohrab Mnatsakanyanla görüşlər keçirəcək.

Xatırladaq ki, Miroslav Layçak bir neçə gün əvvəl-martın 5-də Bakıya səfər edərək Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirmiş və danışıqlar aparmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı