Modern.az

İran ABŞ cəsusunu edam etdi

İran ABŞ cəsusunu edam etdi

Güncel

22 İyun 2019, 20:33

İranda Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən və ABŞ-ın xeyrinə casusluq edən ölkənin müdafiə sahəsinin əməkdaşı edam olunub.

Modern.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin məhkəmə təşkilatı məlumat yayıb.


Edam edilən şəxs 2010-2011-ci illərdə MKİ ilə əməkdaşlıq edən Cəlal Hacı Zavardır.

Məlumata görə, müqavilə əsasında Müdafiə Nazirliyində işləyən və ABŞ hökumətinin xeyrinə casusluq edən keçmiş əməkdaşın asılması barədə qərar icra olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı