Modern.az

“İslahatlar gömrük orqanlarından da yan keçməyib” - Səfər Mehdiyev

“İslahatlar gömrük orqanlarından da yan keçməyib” - Səfər Mehdiyev

Aktual

26 Noyabr 2019, 15:34

"Bütün qurumlarda yüksək səviyyədə islahatlar həyata keçirilir. İslahatlar gömrük orqanlarından da yan keçməyib".

 

Modern.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

 

Komitə sədri bildirib ki, 450-600 nəqliyyat vasitəsini qəbul etmək imkanlarına malikdir. S.Mehdiyev qeyd edib ki, gömrük keçid məntəqələrinin hər birində müasir avadanlıqlar quraşdırılıb və daşınan yüklər ciddi şəkildə yoxlanılır.

 

S.Mehdiyev həmçinin qeyd edib ki, klgə iqtisadiyyatına qarşı ciddi mübarizə aparılır:

 

“Bunun nəticəsində dövlət büdcəsinə daxilolmaların həcmi artıb. Gömrük keçid məntəqələrində quraşdırılan yeni avadanlıqlar, xüsusilə də "p scan" aparatları hesabına qaçaqmalçılıq hallarının qarşısı alınır”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı