Modern.az

Bozbaşlar, yoxsa boş başlar?

Bozbaşlar, yoxsa boş başlar?

Aktual

11 Sentyabr 2012, 12:18

Dünya xalqları içərisində tarixi, mədəniyyəti, hətta mətbəxi ilə zəngin olan yalnız bir xlq var. Azərbaycan xalqı. Bu gün bu ifadəni tam cəsarətlə demək olar. Çünki, artıq heç kimə sirr deyil ki, Azərbaycan xalqının təkcə tarixi saxtalaşdırılmır. Həm də bu xalqın mədəniyyət nümunələri oğurlanır, hətta bəzi mətbəx yeməklərimiz soyu, kökü bəlli olmayan ermənilər tərəfindən mənimsənilməyə cəhd edilir. Bu gün Azərbaycan mətbəxində daha çox bişirilən yeməklərdən biri haqqında söz açmaq istəyirəm. O yemək ki, bütün xeyir və şər məclislərimizi bu yeməksiz təsəvvür etmək mümkün deyil. Yəqin ki, başa düşdünüz söhbət mətbəximizin şah yeməyi olan bozbaşdan gedir. Bozbaş yeməyinin özlüyündə də bir neçə növü var: bozartma, buğlama, dildəyməz.

Təkcə bu adları çəkmək kifayət edir ki, Azərbaycan mətbəxinin nə qədər zəngin olduğunu başa düşəsən. Amma elə düşünməyin ki, bu süjetimizdə sizə yeməklər barədə söz açacam. Əsla belə deyil. Məni olduqca narahat edən milli mətbəximizin baş yeməyi olan bozbaşın, son illərdə təhqir peredmeti kimi istifadə olunmasıdır.

“Filankəs bozbaş müğənnidir” yəqin ki, efir məkanından bu ifadələri tez-tez eşitmisiniz. Azərbaycan şou məkanında hansısa bir müğənniyə bu ifadəni işlətmək, bütün təhqir kimi istifadə olunan ifadələri əvəz edir. Ən dözülməz hal isə burasındadır ki, bu ifadələri işlədərək yeməklərimizi təhqir edən, elə bu xalqın tanınmış simalarıdır. Heç bir şübhə yeri qalmır ki, bu cür anormal yanaşmalar, bu cür ifadələri işlədənlərin savadsızlığını açıq ortaya qoyur. Təbii ki, bu ifadəni işlədənlər nə dediklərinin fərqində belə deyillər. Belə olduqda isə deyilən sözlərdən, bu ifadəni işlədənlərin başının boş olmasını təsəvvür etmək, bir o qədər də çətin deyil. O zaman bir sual yaranır, səsi, ifa tərzi, müğənnilikdən anlayışı olmayan “Bozbaşdır?”, yoxsa milli yeməyimizi təhqir peredmeti kimi istifadə edənlər “Boşbaşdır?”

Amma unutmaq olmaz ki, Azərbaycanın efir məkanından səslənən bu cür ifadələr tariximizi, mədəniyyətimizi, mətbəximizi  oğurlayan düşmənin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Daha dözülməzi isə burasındadır ki, nədənsə ictimaiyyət nümayəndələri bozbaşın təhqir olunmasına göz yumur.  Bozbaşı dolayı yolla təhqir edənlərə isə yalnız bunu deyə bilərik. Unutmaq lazım deyil ki, bu gün dünya xalqları məhz siz mədəniyyət işçilərinin simasında Azərbaycan xalqını daha dərindən tanımağa çalışır.

Dövlət isə bunun üçün sizlərə kifayət qədər şanslar yaradıb. Amma sizlərə yaradılan şərait heç də əsas vermir ki, bundan istifadə rdərək, bu və ya digər şəkildə Azərbaycan xalqını, onun mətbəxini təhqir edəsiniz.        
                      
Daşqın Güneyli  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı