Modern.az

Azərbaycan alpinistləri Şahdağda genişmiqyaslı təlimlərə başlayır

Azərbaycan alpinistləri Şahdağda genişmiqyaslı təlimlərə başlayır

Aktual

24 Oktyabr 2012, 12:14

Azərbaycan Alpinizm Federasiyası (AAF) Azərbaycan Respublikasının Şahdağ dağlıq ərazisində alpinizm üzrə təlim-məşq toplantısı keçirməyi nəzərdə tutub. 25 oktyabr – 4 noyabr 2012-ci il tarixləri arasında keçirilməsi nəzərdə tutulan təlimlərdə həm təcrübəli, həm də gənc idmançıların, Azərbaycanın alpinizm üzrə yığma komandası üzvlərinin iştirakı gözlənilir.
AAF mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təlim-məşq toplantısı proqramı çərçivəsində Bazaryurd (4126 m), Qızıl Qaya (3751 m), Tufandağ (4191 m) zirvələrinə dırmanma planlaşdırılıb.
Tədbirdə “Nikoil”,  “Respublika Alpinist-Turist klubu”, “İrbis”, “Qartal” klublarından ümumilikdə 24 idmançı iştirak edəcək.
Təlimlər AAF-ın alpinizm üzrə təcrübəli təlimatçılarının nəzarəti altında keçiriləcək. Qeyd edək ki, AAF-nın prezidenti, idman ustası İsrafil Aşurlu da təlimlərə qatılacaq.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı