Modern.az

Şəhid Ayaz Nəzərli ilə vida keçirilir - VİDEO

Şəhid Ayaz Nəzərli ilə vida keçirilir - VİDEO

Aktual

12 Yanvar 2022, 12:50

Dünən Kəlbəcərdə erməni təxribatı nəticəsində şəhid olan Ayaz Nəzərli ilə vida mərasimi keçirilir.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda bir qrup sakin rayonun girişində toplaşaraq Şəmkir istiqamətindən gətirilən cənazəni qarşılayır.

 

Eyni zamanda, A.Nəzərlinin Bozalqanlı kəndində yerləşən evinin önünə də insanlar yığışıb. Yaxın dəqiqələrdə şəhidlə vida mərasimi keçiriləcək və daha sonra o, kənd qəbiristanlığında dəfn ediləcək.

 

Qeyd edək ki, şəhid Ayaz Nəzərli nişanlı idi və bir neçə gündən sonra toyu olacaqdı. Buna görə də şəhidin anasının istəyi ilə onun yas mağarı toy abu-havasında bəzədilib. Bundan başqa, mağarın içinə toy xonçaları düzülüb.

 



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı