Modern.az

Avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var

Avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var

Güncel

26 Fevral 2022, 15:02

Goranboyda yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

 

Hərəkətdə olan "VAZ-2108" markalı minik maşınının sürücüsü idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

 

Qəza zamanı sürücü və sərnişin xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı