Modern.az

Hindistanda terakt: onlarla yaralı...

Hindistanda terakt: onlarla yaralı...

Aktual

6 Mart 2022, 18:20

Hindistanın şimali birlik ərazisi olan Cammu və Kəşmirin paytaxtı Şrinaqarda törədilən terror aktı nəticəsində azı 1 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum terrorçular insanların sıx olduğu bazarda bir qrup polis və hərbçiyə qumbara atıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Polis zabiti Rakeş Balvalın sözlərinə görə, terror aktı zamanı 71 yaşlı kişi öldürülüb.

 

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı