Modern.az

Ukraynada Rusiyanın 4 generalı öldürülüb - FOTOLAR

Ukraynada Rusiyanın 4 generalı öldürülüb - FOTOLAR

مورد توجه

15 Mart 2022, 17:57

Artıq Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 20-ci günüdür. Sülh çağırışlarına baxmayaraq, müharibə davam edir. Geridə qalan günlər ərzində hər iki tərəf ciddi itkilər verib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər yaydığı məlumata görə, indiyədək Rusiya ordusu 13 500-dən çox hərbçisini itirb. Qarşı tərəf isə müharibə itkilərinin göstərilən rəqəmlərdən az olduğunu açıqlayıb. Lakin rəsmi xəbərlərdən də göründüyü kimi, Rusiyanın itkiləri arasında təkcə sıravi əsgər və zabitlər deyil, yüksək rütbəli hərbçilər, eləcə də generallar da var. 

 

Modern.az Ukraynadakı müharibədə öldürülən Rusiya generalları barədə məlumatları təqdim edir:

 

General Andrey Suxovetski Çerniqov vilayətində qızğın döyüşlər zamanı həlak olub. 

 

Andrey Suxovetski Ukraynanın Çerniqov vilayəti ərazisində Rusiya 41-ci Ordu komandanının müavini olub. O, Rusiya ordusunun məşhur generallarından sayılırdı.

 

Ukraynanın Xarkov şəhəri ətrafında gedən döyüşlərdə general-mayor Vitali Gerasimov həyatını ititib.

 

 

General Vitali Gerasimov Rusiyanın 41-ci hərbi dairəsinin qərargah rəisi olub. O, Çeçenistan və Suriya müharibələrində iştirak edib.


Ukrayna KİV-ləri general-mayor Vitali Gerasimovun öldürülməzdən öncə Rusiyanın 41-ci ordusunun qərargah rəisi ilə telefon danışığını yayıblar. Həmin danışıqda Rusiya ordusunun generalı vəziyyətin pis olduğunu bildirilib.

 

Rusiya Silahlı Qüvvələrin müharibədə itirdiyi növbəti general Andrey Kolesnikov olub.

 

 

General-mayor Andrey Kolesnikov 2021-ci ildə Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandiri olub. Bundan əvvəl o, Moskva vilayətində yerləşən birləşmiş ordunun qərargah rəisi vəzifəsində xidmət edib.

 

Son olaraq, martın 15-də Ukrayna Silahlı Qüvvələrinin “Azov” alayının hərbçiləri Rusiya qoşunlarının general-mayorunu məhv edib.

 

Öldürülən generalın adı və soyadı hələlik açıqlanmayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı