Modern.az

84 cinayətin üstü AÇILDI

84 cinayətin üstü AÇILDI

Aktual

20 İyun 2022, 10:36

İyunun 18-də və 19–da ölkə ərazisində qeydə alınan cinayətlərdən 80-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 4-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.    

 

Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə,  axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

  

Narkotiklərlə əlaqəli 46 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı