Modern.az

Əfqanıstanda zəlzələ qurbanlarının sayı 1500-ə ÇATIB

Əfqanıstanda zəlzələ qurbanlarının sayı 1500-ə ÇATIB

Güncel

23 İyun 2022, 07:48

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1500 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

 

Bildirilib ki, təbii fəlakət nəticəsində 2000-dən çox insan yaralanıb. Məlumata görə, zəlzələ ciddi dağıntı və tələfata yol açıb. Bir neçə kənd tamamilə dağıdılıb, dağıntılar altında hələ də insanların qaldığı deyilir. Ən çox ziyan Paktika, Nanqarhar və Host əyalətlərində qeydə alınıb.

 

Xatırladaq ki, Əfqanıstanın cənub-şərqində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Əfqanıstanla yanaşı, Pakistan və Hindistan ərazilərində də hiss edilib. Əfqanıstanın paytaxtı Kabildə və Pakistanın paytaxtı İslamabadda sakinlər evlərini tərk edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı