Modern.az

Bu şəhərdə avtomobillərin yuyulması qadağan olundu

Bu şəhərdə avtomobillərin yuyulması qadağan olundu

Güncel

3 İyul 2022, 13:15

İtaliyanın Verona şəhər hakimiyyəti içməli suyun istifadəsinə məhdudiyyətlər qoyub.

 

Modern.az xəbər verir ki, müvafiq sərəncamı şəhərin meri Damiano Tommasi imzalayıb.

 

Avqustun 31-dək vətəndaşlara içməli sudan meyvə-tərəvəz bağlarının və idman meydançalarının suvarılması, avtomobillərin yuyulması və hovuzların doldurulması üçün istifadə edilməsi qadağan olunub.

 

Qanunu pozanlar üçün 500 avro cərimə müəyyən edilib.

 

Qeyd edək ki, İtaliya şəhərləri suya qənaət etmək üçün müxtəlif tədbirlər görür. Belə ki, bir müddət əvvəl Milanda fəvvarələr bağlanıb. Kastenaso şəhərində isə bərbərxanalarda saçların ikinci dəfə yuyulması qadağan olunub.

 

Hazırda bütün Apennin yarımadasında isti və quru hava hökm sürür. İtaliyanın bəzi yerlərində 100 gündən çoxdur ki, yağıntı müşahidə olunmur. Bu səbəbdən çaylarda suyun səviyyəsi rekord həddə azalıb.

 

Ölkədə quraq havanın vurduğu ziyan təxminən 3 milyard avro dəyərində qiymətləndirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı