Modern.az

Xəzərdə balıqların azalmasının səbəbi AÇIQLANDI

Xəzərdə balıqların azalmasının səbəbi AÇIQLANDI

مورد توجه

5 İyul 2022, 14:12

Xəzərdəki balıq populyasiyasının azalması birbaşa iqlim dəyişikliyi və temperaturla əlaqədardır.

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidməti rəisi Mehman Axundov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransında deyib.

 

Onun sözlərinə görə, sözügedən anomal istilik Xəzər regionunda biomüxtəifliliyin azalmasına səbəb olur:

 

“Bununla əlaqədar olaraq, biz balıqların təbii çoxalmasına şərait yaratmaq və biomüxtəlifliyə mənfi təzyiqi azaltmaq məqsədilə Xəzər dənizinə axan çaylarda suyun alınmasını optimallaşdırmağa və su elektrik stansiyaları üçün bəndlərin tikintisini dayandırmağa çağırırıq. Əks halda Xəzərdə Aral dənizinin yoxa çıxmasına bənzər ssenari baş verə bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı