Yeni Zelandiyanın şərqindəki Kaykoura şəhəri sahillərində qayığın aşması nəticəsində 5 nəfər həlak olub.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, qayıqda 11 nəfər olub. Qəzadan sonra 6 nəfəri xilas etmək mümkün olub. Xilas edilənlər xəstəxanaya yerləşdirilib.
Bəzi ehtimallara əsasən, qayıq balina ilə toqquşduqdan sonra aşıb. Hadisə ilə bağlı araşdırmalara aparılır.