Modern.az

TƏBİB yaralanan mülki şəxslə bağlı MƏLUMAT YAYDI

TƏBİB yaralanan mülki şəxslə bağlı MƏLUMAT YAYDI

Aktual

14 Sentyabr 2022, 14:30

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların nəticəsində mülki şəxs - Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu yaralanıb.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, A.Musayev sol baldırın qəlpə yarası diaqnozu ilə sentyabrın 13-ü saat 22:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan 1 saylı Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib.

 

Xəstəyə zəruri tibbi yardım göstərilib, daha sonra dizaltı arteriyanın doppler müayinəsi üçün Gəncədə yerləşən özəl tibb müəssisəsinə göndəriş verilib. Müayinə nəticəsində əməliyyat edilməsi qərara alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı