Modern.az

Hibrid avtomobillər daha 1 il ƏDV-dən azad olunur

Hibrid avtomobillər daha 1 il ƏDV-dən azad olunur

Aktual

16 Sentyabr 2022, 09:48

İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olma əlavə 1 il artırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair məlumatında qeyd olunub.

 

Bildirilib ki, bu, 2023-cü ildə gəlirlər üzrə siyasətin əsas istiqamətlərindən biri olacaq.

 

Eyni zamanda, dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 01.01.2023-cü ildən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslərin özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq əmlak və torpaq vergilərindən azad olunması nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı