Modern.az

Şərqi Zəngəzur və Qarabağın dirçəliş dastanı yazılır

Şərqi Zəngəzur və Qarabağın dirçəliş dastanı yazılır

Aktual

21 Oktyabr 2022, 11:46

“Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdilər. Zəngilanın işğaldan iki il öncə, 20 oktyabr 2020-ci ildə azad olunduğu gündə açılış törəninin keçirilməsi həm rəmzi, həm də tarixi məna daşıyır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

 

Onun sözlərinə görə, bütün dünyaya barış və sülh mesajı verən liderlər haqlı olaraq bildiriblər ki, Zəngilan Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın dirçəliş dastanının yazıldığının bariz nümunəsidir:

 

“Zəngilan görüşü Azərbaycan-Türkiyə birliyinin, dostluğunun və sarsılmaz müttəfiqliyinin təkcə, bölgənin inkişafının deyil, eyni zamanda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin yeganə qarantı olduğunu bir daha nümayiş etdirdi. Ermənistanı silahlandıraraq regionda gərginliyi artırmağa çalışanlar bu mesajı düzgün oxumalıdırlar”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı