Modern.az

Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Aktual

21 Oktyabr 2022, 16:32

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Səməndər İmanovun əziz xatirəsi məzunu olduğu Gəncə Dövlət Universitetində yad edilib.

 

Modern.az xəbər verir ki, şəhidin anım günündə universitetin tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov, universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva və  ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova çıxış edərək şəhid Səməndər İmanov haqqında xatirələrini danışmışlar. Qeyd etmişlər ki, 44 günlük  Vətən müharibəsində qəhrəmancasına şəhid olan Səməndər İsaxan oğlu İmanov 1998-ci il martın 20-də Salyanın Kürsəngi kəndində dünyaya göz açmışdır. Səməndər İmanov Gəncə Dövlət Universitetinin ekologiya mühəndisliyi fakültəsini bitirmişdir. O da bildirilmişdir ki, Səməndər İmanov universitetdə fəal tələbələrdən olmuş və daim vətənpərvərliyi ilə fərqlənib.

 

Qeyd edilmişdir ki, Ikinci Qarabağ müharibəsində Xudafərin Körpüsü yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Səməndər İmanov “Cəbrayılın azad olunmasına görə”  və “Vətən uğrunda” medalları ilə təltif olunub. 

 

Hazırda Gəncə Dövlət Universitetində şəhidin adını daşıyan auditoriya fəaliyyət göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı