Həftəsonu 3 piyada yol qəzasının qurbanı olub.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilibş
Qeyd edilib ki, hadisələrdən ilki oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində baş verib. Belə ki, Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub. Nəticədə hər 2 piyada hadisə yerində ölüblər.
Analoji hal oktyabrın 30-da saat 22 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb. Fatmayı kənd sakini S.Orucov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən piyadanı vurub və nəticədə o, hadisə yerində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.