Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə birlikdə Eskişəhərdəki 1-ci Baş Reaktiv Baza Komandanlığında 2023-2024-cü Uçuş Tədris İli Açılış Mərasimində iştirak edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Açılış mərasimində çıxış edən Yaşar Gülər türk ordusunun terrorçulara qarşı uğurla əməliyyatlar keçirdiyini vurğulayıb:
“Ordu eynilə Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər, Somali və bir çox başqa ölkələrdəki qardaş, dost və müttəfiq ölkələrin haqlı işlərinə dəstək verir”.