Modern.az

TQDK abituriyentlərə xəbərdarlıq etdi

TQDK abituriyentlərə xəbərdarlıq etdi

Ülke

25 May 2011, 15:50

2011/2012-ci tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında  orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında  iştirak etmək üçün ərizə qəbulu davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a bildirilib ki, 25 may 2011-ci il saat 15:00-a olan məlumata əsasən,  99 min 762 abituriyent internetlə “Elektron ərizə “doldurub, lakin onlardan 92 min 391 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib.

TQDK “Elektron ərizə”sini müvafiq SQK-da təsdiq etdirməmiş abituriyentlərin nəzərinə çatdırır ki, onlar  31 may 2011-ci il saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini mütləq təsdiq etdirməlidirlər. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı