Modern.az

Vaqif Səmədoğlu Ankarada əməliyyat olunub

Vaqif Səmədoğlu Ankarada əməliyyat olunub

Country

20 İyun 2011, 19:36

Azərbaycanın məşhur şair-yazçısı, keçmiş millət vəkili Vaqif Səmədoğlu bu gün Türkiyənin paytaxtı Ankaradakı xəstəxanalrın birində ayağından əməliyyat olunub. Bu barədə Modern.az-a şairin özü məlumat verib. V.Səmədoğlu deyib ki, əməliyyat uğurlu olub və hazırda özünü yaxşı hiss edir. Hazırda xəstəxanada olan şair nə zaman vətənə qayıdacağının həkimlərdən asılı olduğunu deyib.

Qeyd edək ki, bir müddət öncə V. Səmədoğlu saytımıza açıqlamasında ayaq damarlarının artsklerozunun normal yeriməkdə ona problem yaratdığını və ona görə həkimlərin tövsiyyəsi ilə əməliyyat olunmaq qərarına gəldiyini açıqlamışdı.

Vaqif Səmədoğlu Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri işləyib. “Humay” mükafatı laureatıdır. 2000-2005-ci illərdə Azərbaycan Milli Məclisnin üzvü olub. Onun yazdığı bir sıra pyeslər əsasında televiziya tamaşaları çəkilb. Bu tamaşalar Azərbaycan televiziyasının qızıl fondunda saxlanılır.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı