Modern.az

Lənkəranda polis-vətəndaş qarşıdurması - 6 nəfər tutulub

Lənkəranda polis-vətəndaş qarşıdurması - 6 nəfər tutulub

Ölkə

16 Dekabr 2011, 10:49

Dekabrın 15-də saat 17.30 radələrində Lənkəran rayonunun  Nərimanabad-2 kəndinin bir qrup sakini dəniz sərhədlərini pozmaqla qanunsuz balıq ovu ilə məşğul olarkən onlardan 9 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. Modern.az xəbər verir ki, bu barədə DİN və Respublika Prokurorluğu birgə məlumat yayıb.
Məlumata görə, hadisədən xəbər tutan həmin şəxslərin yaxınları təxminən 150 nəfər kənd sakini ilə sərhəd zastavasına gələrək hərbçilərə təzyiq göstərib, onların azad olunmalarını tələb ediblər.

"Daxili işlər orqanlarının hadisə yerinə gəlmiş əməkdaşları kənd sakinlərini sakitləşdirməyə çalışmış, asayişi pozmamağa dəvət etmişlər. Lakin onlardan bir qrupu polis əməkdaşlarına müqavimət göstərmiş, müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir.
İctimai qaydanı kobud surətdə pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 9 nəfər Lənkəran Polis Şöbəsinə gətirilmişdir. Həmin şəxslərdən 3-nün izahatı alındıqdan sonra buraxılmış, 6-sı saxlanılmışdır"-deyə rəsmi məlumatda bildirilir.
 
Fakt üzrə rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı