Modern.az

21 dekabrda gün çıxacaq...

21 dekabrda gün çıxacaq...

Ölkə

14 Noyabr 2012, 15:05

AMMA ÖZÜMÜZÜN VƏ  BU DÜNYANIN SONUNA HƏR AN  HAZIR OLMALI, HƏMİN GÜN ÜÇÜN AZUQƏ TOPLAMALIYIQ...

...İnşallah,  21 dekabr 2012-ci ildə də adi günlər kimi səhər günəş üfüqdən qalxacaq, Xəzərin sularında yuyunacaq, sonra da hər tərəfi nura boyayaraq hamımızı isidəcək... Adamlar yerindən durub səhər yeməyi yeyəcək, işə gedən işə gedəcək, dükana gedən dükana... Bilirəm, çoxunuz sözlərimə şübhə ilə yanaşacaqsız. Çünki nə Dalay Lama kimi məşhuram, nə də Obama kimi vəzifəli...

Ötən əsrin  90-cı illərinin ortalarından 2000-ci il girən kimi dünyanın dağılacağı barədə xəbərlər gündəmi tutmuşdu. 2000-ci il başladı, heç nə olmadı, bu dəfə dedilər 2001-ci ildə bəşəriyyətin sonu olacaq. Sonra “Hollivud” “2012” filmini çəkdi... 2011-ci ildə bir Amerika keşişi dedi ki, mayın 21-i saat 18-də  dünyanın sonu başlayacaq, oktyabrın 21-i saat 18-də də qurtaracaq... Nə oldu?.. İndi də buddistlərin lideri Dalay Lama oktyabrın 30-da iri dövlət başçılarına məktub göndərdi ki, 21 dekabrda 4 günlük dəhşətli  zülmətə hazır olsunlar... 

Bu tipli şayiələr əsasən bəşər əhlinin imansız və ya imanı zəif  kəsiminə hesablanıb. Təəssüf ki, belələri çoxluq təşkil edir. Bunu Qurani-Kərim də təsdiqləyir(Yusif surəsi, 103). Söhbət  həyatını “beş günlük dünyadır – ye-iç, kef  elə!..” prinsipi ilə  quranlardan gedir. Onlar onsuz da bu qənaətdədirlər ki, “...gec-tez öləcəm və ölümlə hər şey bitəcək, Axirət, Cənnət-Cəhənnəm boş şeydi, nə yolla olur-olsun, pul, mal əldə edim, yeyim-içim, gəzim, harda qırıla-qırıla...”  
Bu məxluqlarda halal-haram, günah-savab anlayışı yoxdur. Elə dünyamızı qarışdıran,  rüşvətə, korrupsiyaya, cinayətə, terrora, müharibələrə bələyən də belələridir. Belələri  həm varlılar, həm də yoxsullar arasında çoxdur. Təbii ki, bu sür düşünən insan dünyanın sonuna 5-10 gün  qaldığını eşidəndə, nə qədər mümkündür, daha çox ləzzət almaq üçün  öz haram əməllərini  şiddətləndirib son həddə çatdıracaq... Təsəvvür edin ki, dünyada yüz milyonlarla insan bu qaydada həyat sürür: pul,  maşın, ev, vəzifə üstdə kələk gəlir,  saxtakarlıq edir, oğurluq edir, qumar oynayır, sələmə girir,  qətl törədir... Artıq eşidirik ki,  filan kasıb köhnə “Mersedes”ini satıb kreditlə “Cip” alır ki, heç olmasa, ömrümün son günlərində belə maşın da sürüm. O birisi sələmə pul götürüb restoranlarda yeyib içir...  Nə qədər nadan, cahil düşüncə?!. Faciə ondadır ki, bir sıra alimlər “21 dekabr”ı elmi əsaslarla inkar etsə də, bu günlərdə həmin Dalay Lama  dünyanın sonu barədə fikirlərin boş şey olduğunu desə də,  təşviş, ajiotaj hələ də davam edir... Bütün bunlar kimə sərf edir? Təbii ki, İblisə və onun Yer üzündəki insan cildli canişinlərinə:  dünyanı guya idarə etdiklərini güman edən bir qrup mason-sionist kafirlərə... İnsanlar arasında nə qədər çox, çaşqınlıq, azğınlıq,  münaqişə,  müharibə   olarsa, onlar daha çox maddi qazanc əldə edirlər...

 Dalay Lamanın şayiəsindən sonra onlarla ölkədə on milyonlarla insan banklara, kredit təşkilatlarına axışır, on milyonlarla dollar məbləğində sələm götürürlər, nə qədər ərzaq və geyim məhsulları, avtomobil və s. alırlar. Bilirsinizmi, bütün bunların gəliri həmin bir qrup kafir milyarderin hesabına axır? Bilirsinizmi ki, ABŞ son 10-15 ildə biz müsəlmanların başına yağdırdığı bombalara görə və bunun əvəzində Allahın ona qarşı törətdiyi təbii fəlakətlər səbəbindən trilyonlarla dollar xərcə düşüb. Yalnız son “Sendi” qasırğası Ağ Evə 50 milyard dollardan çox ziyan vurdu. Bəs bu milyardların əvəzini kim ödəməlidir? Əlbəttə ki, milyardlarla cahil və nadan yer sakini; yemək-içmək, zina, şəhvət, dövlət, vəzifə hərisləri... Fikir verirsinizmi, onsuz da yüksək həddə olan cinayətlər: oğurluq, qətl və intiharlar, qəzalar və s. 21 dekabr yaxınlaşdıqca daha da artır?..

 Maraqlıdır ki,  yüz milyonlarla insanı təşviş, depressiya halına salan bu cür xəbərlər yayılanda  heç bir aparıcı dövlət başçısı; ya Obama, ya Putin  çıxıb demir ki, ey bəşər əhli, bunlar hamısı boş söhbətlərdi, işinizdə olun. Bu da sübut edir ki, dövlət başçıları əslində marionet fiqurlardır. Əsas idarəçiliyi pərdə arxasındakı “Komitet-300”, “Bilderberq klubu” və s. kimi tanıdılan qüvvələr aparır ki, onların da   dünyanın sonu və ya ümumbəşəri fəlakətlər barədə şayiələr yaydırmaqda əsas məqsədləri aşağıdakılar ola bilər:

-         Adəm övladını mümkün qədər Allah yolundan çıxarmaqla İblisə xidmətdən və İslama zərbə vurmaqdan  ləzzət almaq:

-         Bəşər əhlinin fikirlərini ölkələrindəki və dünyadakı əsas problemlərdən yayındıraraq öz ssenarilərinə uyğun Vahid Dünya Dövlətinin quruculuğuna yönləndirmək;

-         İnsanları bir-birinin qatilinə çevirməklə dünya əhalisinin sayını maksimum azaltmaq;

-         Mümkün qədər çox qazanc əldə etmək və s.

Bu vəziyyətlərdə imanlı insan, müsəlman nə edir? Möminlər həmişəki kimi  həyatlarını yaşayır, Allah rizası üçün gündəlik fəaliyyətlərini davam etdirir, haqq uğrunda mümkün mübarizə aparır, ailə, valideyn qayğıları ilə, xeyriyyəçiliklə məşğul olur, cahilləri hidayət  etməsi üçün Yaradana dualarını artırırlar. Müsəlman  özünün bu dünyadakı sonu -ölüm  haqqında hər gün düşünür və ona mənəvi, cismani cəhətdən hazır olmağa çalışır. Öz savab və günahlarını təftiş edir. Və bu minvalla dünyanın sonuna – Qiyamətə də azuqə toplayır. Amma bu azuqə puldan, quru çörəkdən,  sudan, şamdan, fənərdən və s. ibarət deyil. Bu, insanın Allah xatirinə gördüyü savab işlərdir ki, onu Axirət əzabından qurtaracağına ümidlidir...

Bəli, insan öz  dünyadakı sonu haqqında düşünməlidir ki, o hər an baş verə bilər və buna daim hazır olmalıdır. Biz nə ölüm anımızı bilə bilərik, nə də Qiyamət anını. Bunları yalnız Rəbbimiz bilir. Dekabrın 21-ə qədər yüz minlərlə insan dünyadan köçəcək, yüz minlər də doğulacaq... Və heç kəs bilmir ki, nə cür öləcək: xəstəlikdənmi, qəzadanmı, zəlzələdənmi, seldənmi, sunamidənmi?.. Hər an qəza, təbii fəlakət baş verə bilər, dekabrın 21-də hardasa zəlzələ-filan ola bilər... Bu o demək deyil ki, düşüncələrimizi yalnız həmin gün necə xilas olmağa kökləyək? Onsuz da hər birimiz yayda, payızda qışa hazırlıq görürük və ən az gəlirli ailədə belə, azı üç-dörd günlük ərzaq, yanacaq və s. olur. Bunlar təbiidir. Amma məqsəd bizi təbiilikdən çıxarıb bir-birimizin canına daraşdırmaqdır...

Kafirlərin yaydığı cəfəng fikirlərə aludə olub, hansısa buddistin dediyi ilə oturub-durmaqdansa, öz dinimizlə, öz Kitabımızla, öz Peyğəmbərimizlə(s) maraqlanaq, ibadətlərimizi, dualarımızı, savab əməllərimizi artıraq ki, Allah da sonumuzu xeyirli etsin...

Bu dünyadakı sonuna hər an hazır ol, fəqət Allahdan ümidini bircə an da üzmə...

“İnna lillahi və inna-iləyhi raciun”- “Biz Allahınıq(Onun bəndələriyik) və(öləndən sonra) Ona tərəf(Onun dərgahına)   qayıdacağıq”(Qurani-Kərim, Bəqərə, 156)...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı