Modern.az

Misir Mərdanovun Təhsil Nazirliyindəki daha bir kadrı "vuruldu"

Misir Mərdanovun Təhsil Nazirliyindəki daha bir kadrı "vuruldu"

Ölkə

30 May 2013, 22:29

Təhsil Nazirliyində növbəti kadr islahatı aparılıb. Belə ki, Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov təhsil naziri Mikayıl Cabbarovun əmri ilə tutduğu vəzifədən azad edilib. Bu barədə APA-ya açıqlamasında İlham Pirməmmədov faktı təsdiqləyib. O bildirib ki, nazirin digər əmri ilə təhsil nazirinin müşaviri təyin edilib. İ.Pirməmmədov artıq nazirliyin Aparat rəhbəri vəzifəsini kimin yerinə yetirəcəyini də açıqlayıb. O bildirib ki, yeni təyinata əsasən bundan sonra Təhsil Nazirliyinin Aparat rəhbəri Ceyhun Bayramovdur. O əvvəllər Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri vəzifəsində təyin olunduqdan sonra nazirlikdə bir sıra kadr dəyişiklikləri edilib. Bu vaxta kimi İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev və Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva və  təhsil nazirinin köməkçisi Rasim Süleymanov tutduqları vəzifədən azad olunublar.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı