Modern.az

Hüquq müdafiəçiləri Əli İnsanovun əfvi üçün prezidentə müraciət edib

Hüquq müdafiəçiləri Əli İnsanovun əfvi üçün prezidentə müraciət edib

Ölkə

16 May 2014, 11:19

“Biz mayın 28-də prezident İlham Əliyevin əfv fərmanı imzalayacağını gözləyirik. Təqdim etdiyimiz siyahıdakı məhbusların sayı 26-29 arasındadır. Hüquq müdafiəçiləri olaraq biz də müraciətlərimizi etmişik. Siyahıya keçmiş “OMON”un iki üzvü, sabiq səhiyyə naziri Əli İnsanov, Müsavata Partiyası başqanının müavini Tofiq Yaqublu, “NİDA”çı gənclər, “REAL” Hərəkatının lideri İlqar Məmmədov, Nemət Pənahov və hazırda həbsdə olan jurnalistlər daxildirlər”.

Bunu Modern.az saytına hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, bütün hüquq müdafiəçiləri səbirsizliklə növbəti əfv fərmanının imzalanacağını və bir çox adamın azadlığa çıxacağına ümid edir.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı