Modern.az

Ömrün ahıllıq çağı...

Ömrün ahıllıq çağı...

Ölkə

1 Oktyabr 2010, 11:11


Beynəlxalq Ahıllar Gününün 20-ci ildönümü ilə əlaqədar dünyaya müraciət edib. Modern.az-ın BMY baş katibi bildirib ahıllar bütün cəmiyyətlərdə lider, himayəçi və könüllülər kimi çox mühüm rol oynayırlar, bununla belə həm də ayrı-seçkilik, sui-istifadə, etinasızlıq və zorakılıqdan əziyyət çəkirlər.

Pan Gi Mun bildirb ki, ahıl insanların sayı və nisbəti sürətlə artır. Ötən üç onillik ərzində onların sayı ikiqat artıb. 2050-ci ilə qədər qlobal səviyyədə ahıl insanların sayı 2 milyarda çatacaq.
”Bu Beynəlxalq gündə mən hökumətləri ahılların ehtiyacları ilə əlaqədar daha çox tədbirlər görməyə səsləyirəm. Əsas fəaliyyət istiqamətləri məlumdur: hər kəsə sosial xidmətlərdən istifadə etmək imkanı; təqaüd planlarının sayının və keyfiyyətinin artırılması; iş yerlərində yaş və gender ayrı-seçkiliyinin qarşısını alan qanun və strategiyaların hazırlanması. MİM-lər üçün qoyulmuş son tarix olan 2015-ci ilə beş il qaldığı bir vaxtda hökumətlərin milyonlarla ahıl insanı yoxsulluqdan xilas edəcək, onların şərəfli, məhsuldar və sağlam həyata hüquqlarını təmin edəcək maliyyə, hüquqi və sosial müdafiə tədbirlərini tətbiq etməsinin tam zamanıdır”-deyə BMT baş katibi bildirib.

BMT-nin Əhali Fondunun məlumatına görə, hazırda dünyada 600 milyondan çox ahıl yaşayır.

Azərbaycanda 2007-ci ildə «Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı» təsdiqlənib. Dövlət Proqramına əsasən, tənha ahıllar hər il aidiyyatı qurumlar tərəfəindən yoxlanılmalı, tənha yaşayanların təhlükəsizliyi və sağlamlığı qorunmalıdır. Bununla yanaşı onların asudə vaxtlarının səmərəli keçirilməsi, istirahəti üçün müvafiq tədbirlər görülməlidir.
Lakin müşahidələr bu sahədə görülən müsbət işlərlə yanaşı, həlli vacib problemlərin də olduğunu göstərir.

Qeyd edək ki, hazırda ölkəmizdə qadınlar 57 yaş yarımdan, kişilər isə 62 yaş yarımdan təqaüdə çıxırlar.

Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumatına görə, 30.09.2010-cu il tarixinə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyaçılarının 371 min 13 nəfəri ahıl vətəndaşlardır. Onlardan 149 min 35 nəfəri kişi, 221 min 978 nəfəri isə qadındır.  
"Ahıllara sosial xidmət haqqında" Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikasıvətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. 

Hazırda ahıl pensiyaçıların 284 min 533 nəfəri 70-80 yaş arası, 77 079 nəfəri 80-90 yaş arası, 9401 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.
Hazırda respublikada qocalar üçün 2, ahıl və tənha əlillər üçün isə 8 pansionat fəaliyyət göstərir ki, onlar da ümumilikdə 1717 yerdən ibarətdir. Bu müəssisələrə həm övladları və yaxınları tərəfindən atılmış, həm də kimsəsiz pensiya yaşlı vətəndaşlar qəbul olunurlar. Burada onlar qida normaları, geyim, yataq əşyaları və digər məişət avadanlıqları ilə təmin olunurlar.
Bilgəhdəki Qocalar Evində 150, Naxçıvan MR-in Şahbuz rayonundakı Qocalar Evində isə 50 ahıl yaşayır.
Yeri gəlmişkən, ahıl kimsəsizlərin dəfnini Əhaliyə Vətəndaşlıq Xidməti Tresti (ƏVXT) həyata keçirir. Bakıda onlar ya «Qurd qapısı», ya da Hövsandakı ümumşəhər qəbiristanlığında dəfn olunurlar.
Azərbaycanda ən yaşlı sakinlər ölkənin cənub bölgələrində yaşayırlar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı