19 iyun 2018, Çərşənbə
Ana Səhifə - Yazılar - Ölən sevgimizin Bakısı
Ölən sevgimizin Bakısı
08.09.2017, 12:45

Vəfa Allahverdiyeva   


Böyük çoxluğun ölkə kənarında və Bakı xaricində yay istirahəti başa çatır, demək olar.  

Aylarla pul toplayıb gözəl yerlərdə yaxşıca tətil edirsən, Bakıya qayıdan kimi, pozitiv enerji burnundan gəlir.

Çünki qoyub getdiyin kimidir, hər şey.

Maşın səs-küyü...İnsan hay-həşiri... Mənbəyi yerli və gəlmə olan toz-duman... Nəqliyyat sıxlığı...Havanı geri itələyən, hündürlüyü qorxulu binalar...Zəhlətökən pis külək.       
  

Bakının zibili səhərə kimi daşınıb qurtarmır vallah.

Zibil maşınlarının şirin yuxunu pozan gurultusundan bəlli. Hündürmərtəbəli binaların pəncərəsi açılmır, inan! Sərt küləyə təslim olur acizlikdən, çünki.

Gəl yat görüm, qapı-pəncərəsi açılmayan mənzilin boğanağında necə yatırsan.

Səhər-səhər yollarda, avtobuslarda hamının üzündən yağan zəhrimarın bir səbəbi də niyə bu olmasın ki.  Bakı başdan-başa yuxusuzluq, əsəb gətirən bir şəhərə çevrilib...    

...Bəlkə çox az adam tapmaq olar desin ki, Bakı ilə bağlı əsla,  xəyallar qurmayıb.  Şəxsi planları, perspektiv üçün buraya can atmayıb heç.

Ədəbi-bədii mühiti hər daim qaynayan, mədəniyyət, ədəb, paklıq, hüzur simvolu daşıyan,   elit təbəqəsi, aktiv siyasi aləmi,  olan  Bakıya kim can atmazdı ki!

Bakı ölüm xəyallarında belə arzunun özü idi;

Dəfn niyyətində  baş kəlmədir  hər daim.    
 

Həyatının bütün gözəl dövrlərini Qərb aləmində yaşayan, sağlığında beş dəfə ayağı vətən torpağına dəyməyən, populyar elmi persona Lütfi Zadənin əbədi yuxusu da elə bu günlərdə Bakıya vəsiyyət edilib. Vətən anlayışının, sevimli paytaxtın cazibəsi, ehtişamı bax budur!

Amma zaman irəlilədikcə, Bakıya canatmada yalnızca ölüm arzuları dəyişilməz qalır; cazibə dar və qaranlıq məzar üçün qüvvəsini saxlayır;

Adlı-sanlı bu paytaxtda  yaşamaq, karyera qurmaq xəyallarınınsa taqəti zəifləyir.  Yaşamaq, hətta bitməyən bir əzaba çevrilir. 
   

Nə qədər ki ayağını Bakıdan kənara qoymursan, elə bilirsən, hər yer paytaxt kimi tünlük,  bezdirici, boğucu və əzablıdır. Qırağa çıxdınmı-təkcə təbiət dinclik gətirmir beynə.

Sakit əyalət...elə bil ölüm səssizliyi var bu mühitdə.

İnsanların əsəbləri yerində... Sanki onlar ayrı irqdir, sən ayrı irq. Sanki onlar toxdur, Bakıdakı camaat ac. Halbuki şəhərin dəbdəbəsində əyalət o qədər solğundur ki...

Bakı gözdən düşür, əlinə keçən bu müqayisədə. Bakıya sevgi ölür. Yaşadığımız yer zahirən gözəl olsa da, yer deyilmiş, qətiyyən. Baş götürüb qaçmaq istəyirsən.

İndi əyalət xəyalların özüdür. Karyera arzularını da oraya daşımaq düşüncəsi var zehində.

Çünki müasir memarlıq Bakının  fizinomiyasını deyil, ruhunu da məhv edib.

Əyri-üyrü, vəhşi, xaotik arxitekturada insanlar doğrudan da, qəfəsə salınmış kimi yaşayır. 

İnşaata ciddi nəzarətin başlandığı köhnə xəbərləri Yasamalın mərkəzi hissəsində bir-birinə pərçimlənmiş 20-22 mərtəbəli şıdırğı tikintisi gedən binalar elə gözəl yalanlayır ki...Üzərində vətəndaş nəhləti olan, nəfəsliyi tıxayan yanlış tikintidən inanma, kimsə bir xeyir tapa bilə!  

Bakını tək Hacıbala Abutalıbov bədbəxt etsəydi, problemin kökünü bir fərman-sərəncamla həll etmək olardı. İş ondadır ki, idarəetmədə bir çox məsul “kreslo”lar Bakıya düzgün proyekt cıza, sağlam mühit hazırlaya, gözəl ənənələr biçə bilmədilər. Ya tamah, ya çatışmayan gözəl fantaziya, yetərsiz düşüncə ucbatından...  Bakını bədbəxt etdilər.

Bu qədər insan Bakının fiziki ölçülərinə tərs-mütənasib ola-ola, bütün əyaləti bu darlığa sıxlaşdırmaqla, Bakının fəlakətinə pozulması müşkül təməl atdılar. İqtisadçı ağılsızlığı... Tənha qalmış torpağa indi qayıdış həvəssizliyinin bəlası da elə burda axtarılmalıdır.  

Paytaxtın fiziki xəritəsi müasirliyin, əzəmətin təntənəsidir, düzdür.

Amma əgər cəmiyyət tünlüklə çoxalan cinayətlər, beyni deşən səs-küy ucbatından psixoloji əlilə çevrilirsə, sağlam ruhunu itirirsə, mənəvi zövq tapa bilmir, fiziki xəstəliklər içində qıvrılırsa, hava limanındaca insan səs-küyünə, vəhşi binaların arasına  qayıtmağa üzü kədər alırsa, dağları, dərələri arxada buraxan ailə maşınındaca qüssələnirsə, paytaxtın ağızdolu  dəbdəbəsi sadəcə,  qızıl teştə qan qusmaq deməkdir.   

Səhərlər suçiləyən maşınlarla yuyulan əski Bakının bugünkü toz-dumanını yatıran texnikaya pulumuz çatmır, deyəsən. Necə layiqli ironiya!..   

Bu qədər tikinti, bu qədər insan Bakının yükü deyil, əlbət.  Bu yük altında təkcə o, özü bədbəxt olmur, həm də ziyalısını, məmurunu, bütövlükdə ölkənin gələcəyi olan insanı məhv edir.  

Bakının dərdi Qarabağın dərdi qədərdir ki, ondan az deyil.

Onun da çözüm masalarına ciddi ehtiyacı var. O masalara ki, Bakının inzibati yükü, insan yükü, ekoloji yükü, elmi yükü Azərbaycanın üç bölgəsində paytaxt infrastrukturu qurulmasına verilən qəti, prinsipial qərarlarla azaldılsın.

Əyalətlər də qaynasın ki, Bakı azalan rolu, boşalan çiyinləri  ilə rahat nəfəs ala bilsin. Bakıdakı insan diriykən ölü məzarlığı yaratmasın-ən vacibi!..

 


Müəllifin digər yazıları
SON XƏBƏR
İran XİN başçısı: “Yaxın Şərqdəki 80 nüvə başlığının heç biri İranın deyil”
19.06.2018, 16:04

İran XİN başçısı: “Yaxın Şərqdəki 80 nüvə başlığının heç biri İranın deyil”

Hindistanda 500 min insan faciə ilə üzləşib
19.06.2018, 15:36

Hindistanda 500 min insan faciə ilə üzləşib

Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşdü
19.06.2018, 15:30

Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşdü

Türkiyə ABŞ-la Rusiyanın arasında qalıb
19.06.2018, 15:20

Türkiyə ABŞ-la Rusiyanın arasında qalıb

Zakir Həsənov yeni hərbi hissənin açılışında iştirak edib - FOTOLAR
19.06.2018, 14:53

Zakir Həsənov yeni hərbi hissənin açılışında iştirak edib - FOTOLAR

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
19.06.2018, 14:45

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ
19.06.2018, 14:35

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ

Bakıdakı yanğınlarla bağlı nazirlik rəsmi açıqlama verdi
19.06.2018, 14:07

Bakıdakı yanğınlarla bağlı nazirlik rəsmi açıqlama verdi

Deputatın toxunulmazlıq hüququ ləğv edildi
19.06.2018, 13:54

Deputatın toxunulmazlıq hüququ ləğv edildi

İmişlidə 45-dən çox pambıqçı kimyəvi maddədən zəhərlənib - AÇIQLAMA
19.06.2018, 13:42

İmişlidə 45-dən çox pambıqçı kimyəvi maddədən zəhərlənib - AÇIQLAMA

Rusiya parlamentinin spikeri Azərbaycana səfərə gəlir
19.06.2018, 13:20

Rusiya parlamentinin spikeri Azərbaycana səfərə gəlir

Ermənilərin pilotsuz təyyarəsi məhv edildi
19.06.2018, 13:17

Ermənilərin pilotsuz təyyarəsi məhv edildi

Azərbaycanlı nazir OPEK-in iclasına qatılacaq
19.06.2018, 13:16

Azərbaycanlı nazir OPEK-in iclasına qatılacaq

Dünyanın ən yaşlı oranqutanı ölüb
19.06.2018, 13:04

Dünyanın ən yaşlı oranqutanı ölüb

Biləsuvarda DƏHŞƏT - 16 yaşlı qız intihardan əvvəl özünü VİDEO-ya çəkdi
19.06.2018, 13:02

Biləsuvarda DƏHŞƏT - 16 yaşlı qız intihardan əvvəl özünü VİDEO-ya çəkdi

Qənirə Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət etdi
19.06.2018, 12:56

Qənirə Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət etdi

Qərbi Kaspi Universitetində tələbələrlə görüş
19.06.2018, 12:55

Qərbi Kaspi Universitetində tələbələrlə görüş

Yuri Manvelyan: “General Manvel Qarabağdakı qarətdən varlanmağa başladı...”
19.06.2018, 12:54

Yuri Manvelyan: “General Manvel Qarabağdakı qarətdən varlanmağa başladı...”

Oqtay Əsədov Çinə gedir
19.06.2018, 12:53

Oqtay Əsədov Çinə gedir

Azərbaycanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
19.06.2018, 12:31

Azərbaycanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Dünyada qaçqınların sayı rekord həddə çatıb
19.06.2018, 12:20

Dünyada qaçqınların sayı rekord həddə çatıb

Azərbaycanda qızıl mağazası qarət edildi
19.06.2018, 12:05

Azərbaycanda qızıl mağazası qarət edildi

BMT: “Azərbaycanla açıq və fəal əməkdaşlıq edirik”
19.06.2018, 11:48

BMT: “Azərbaycanla açıq və fəal əməkdaşlıq edirik”

Bakıda hərbi parada hazırlıq - Mərkəzi yollar bağlanacaq
19.06.2018, 11:38

Bakıda hərbi parada hazırlıq - Mərkəzi yollar bağlanacaq

Azərbaycanın Baş nazirinə qarşı xain sui-qəsdi...
19.06.2018, 11:24

Azərbaycanın Baş nazirinə qarşı xain sui-qəsdi...

Türkiyədə mina partlayışı: 1 ölü, 2 yaralı
19.06.2018, 11:19

Türkiyədə mina partlayışı: 1 ölü, 2 yaralı

Ərdoğanın populyarlığı azalır - XƏBƏRDARLIQ
19.06.2018, 11:01

Ərdoğanın populyarlığı azalır - XƏBƏRDARLIQ

Qusarda ana və 7 yaşlı qızı itkin düşüb
19.06.2018, 10:55

Qusarda ana və 7 yaşlı qızı itkin düşüb

Tailandda son 9 ildə ilk dəfə edam cəzası icra olundu
19.06.2018, 10:49

Tailandda son 9 ildə ilk dəfə edam cəzası icra olundu

Bakıdakı “Taxta bazarı”nda YANĞIN - YENİLƏNİB
19.06.2018, 10:34

Bakıdakı “Taxta bazarı”nda YANĞIN - YENİLƏNİB

Paytaxtda daha bir YANĞIN
19.06.2018, 10:25

Paytaxtda daha bir YANĞIN

Cəbhədə şiddətli ATIŞMA – Atəşkəs 95 dəfə pozuldu
19.06.2018, 10:14

Cəbhədə şiddətli ATIŞMA – Atəşkəs 95 dəfə pozuldu

Azərbaycanda rektor vəfat edib
19.06.2018, 10:10

Azərbaycanda rektor vəfat edib

Yol polisi reyd keçirdi – sərxoş sürücülər saxlanıldı
19.06.2018, 10:02

Yol polisi reyd keçirdi – sərxoş sürücülər saxlanıldı

1,8 kiloqram marixuana satarkən yaxalandı
19.06.2018, 10:02

1,8 kiloqram marixuana satarkən yaxalandı

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(16.4%)
Braziliya(20.6%)
Almaniya(13.4%)
İngiltərə(5.15%)
Portuqaliya(14.4%)
İspaniya(4.12%)
Fransa(5.15%)
Belçika(1.03%)
Seneqal(2.06%)
Rusiya(17.5%)