Modern.az

Azərbaycan Prezidenti Rusiyanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Rusiyanın dövlət başçısını təbrik edib

Ölkə

14 Sentyabr 2009, 16:23

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Rusiya Prezidenti Dmitri Medvedyevə zəng edib. Prezidentin mətbuat xidmətindən daxil olan məlumata görə, dövlətimizin başçısı Dmitri Medvedevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
D.Medvedyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, iki ölkə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərin daha da möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıblar. Prezidentlər ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.  

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü