21 yanvar 2019, Bazar ertəsi
Ana Səhifə - Yazılar - O qatarın dalınca çox baxmalı olacaqlar: istəsələr də, istəməsələr də...
O qatarın dalınca çox baxmalı olacaqlar: istəsələr də, istəməsələr də...
05.11.2017, 20:21

Namidə BİNGÖL

 

Təəssüf ki, real mənzərənin işığına toplaşmaq istəmədik. Təəssüf ki, tarixi hadisədən gen gəzməklə diqqətimizi daha cılız işlərə yönəltdik. Özü də necə...

 

Həftənin hesabatını təqdim edirəm.

 

İtirdiyimiz böyük insanlardan biri

 

Tanınmış diktor Rafiq Hüseynlini də itirdik. O Rafiq Hüseynli ki, sağlığında Azərbaycan efir məkanının xarizmatik görünüşlü, səlis danışıq mədəniyyətinə malik insanı idi. Amma həyatda heç nə əbədi deyil. Bir neçə il bundan qabaq amansız xəstəliklə mübarizə aparan qocaman diktor canını təslim etdi.  Yeganə insanlardandır ki, onun itkisinə kimsə yalandan göz yaşı axıtmadı.

Vida mərasimində köhnə diktorların hamısı orda idi. Və ən çox da adama təsir edən məqam belə bir diktor nəslinin yetişməməsidir. Təəssüfedici məqamlara baxmayaraq, o, xalqın sevgisini boşuna qazanmamışdı. Ruhun şad olsun, böyük insan!

 

 Mənzil başına çatmayan “sevgi”

 

Həə, sevgidən söz düşmüşkən, biz kriminal sevgilərə daha ağrılı ağı deyirik. Məsələn, Həbsxanadan qaçan “Qoca” ləqəbli məhbus Etibar Məmmədovla müğənni Fədayə Laçının “böyük” sevgisinə nə ağılar demədik ki!

Yola saldığımız həftə bu “böyük” sevgi kulminasiyadan finala eniş etdi. Film kimi hadisənin sonunda “Qoca” öldü. Fədayədən isə Oğuz eli hələ də xəbərsiz qalıb. Bu barədə çox danışmaq istəmirəm. Zatən, ötən həftə başıbəlalı mövzu hər kəsin dilində qəhrəmanlıq dastanına çevrildi.

Ehh, nə isə...böyük hadisələrə göz yumacaq qədər cılızlaşmışıq.

 

Trampın Ağ Evə “yumruq” göstərməsi

 

Amerika prezidenti Donald Tramp isə daha cılız görünmək istəmir. Bu dəfə yumruğunu Ağ Evin divarlarına elə çırpıb ki, əcnəbilər ABŞ-da yaşamaq barədə düşünməli olublar. Ötən həftə Nyu-Yorkda terror aktı törədən Özbəkistan vətəndaşı Seyfullo Saipov 2010-cu ildə, Dövlət Departamenti tərəfindən keçirilən  “Green Card” lotereyasını qazanaraq ABŞ-a köçüb. İndi Amerika rəsmisi “Green Card” haqqında necə düşünməsin?! Ona görə də əcnəbilərə ABŞ-da yaşamaq və işləmək izni verən “Green Card” lotoreyası ləğv oluna bilər. Bu məsələdə Amerikanın konkret böyük proyektlər  itirdiyini demək tezdir. Çünki Tramp bu lotoreyadan çoxdan canını qurtarmaq fikrində imiş. Bundan sonrasını əcnəbilər düşünsün. Bir halda ki, əcnəbilərə verilən şans geri alınacaq, o zaman yaşamağın daha ağıllı yollarını axtarmaq lazım olacaq.

 

Qatarla bağlı ümidlərimiz.

 

Yola saldğımız həftə dünyanın gözü Azərbaycana dikilmişdi. Odlar yurdunda tarixi hadisə yaşanırdı. O tarixi hadisə ki, kor kimi tamaşa etməyə haqqımız yox idi. Amma.... Amması bir qədər uzun məsələdir. Təəssüf ki, iqtisadi, siyasi, strateji maraqlarımızı əzmlə  kənara qoyub Fədayə-“Qoca” sevgisinin necə sonluqla bitməsini gözlədik.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Halbuki, dünyanın özündən deyən dövlətlərinin hədəfləri tarixi layihənin gerçəkləşməməsinə görə, siyasi manevr edə bilməmişdi. Nəhəng Amerika və Rusiya əli hər yerdən üzülmüş biçarə adamları xatırladırdı. Ermənistanın Bakı-Tbilisi-Qars layihəsindən kənarda qalmasına ürək ağrısı ilə etiraz edən Amerika bir vaxtlar “ikibaşlı əjdaha”ya dönmüşdü. Halbuki, bu “ikibaşlı əjdaha” işğalçı dövlətin dost qılığında layihəyə qoşulmasının mümkün ola bilməyəcəyini çox gözəl bilirdi. Bu və ya digər səbəblərdən  layihənin gerçəkləşməsi nəhəng dövlətlər üçün nağıla bənzəyirdi. Amma təkcə,  nağılların sonunda göydən 3 alma düşmür axı!

 

Üç dövlət başçısının 2007-ci ildə  bir araya gəlməsi həm də böyük ümidlərin başlanğıcından xəbər verirdi. Baxmayaraq ki, həmin vaxt Gürcüstan prezidenti Mixail Saakaşvili idi, amma 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi layihənin işini yarımçıq qoymadı.

 

Elə 2017-ci ilin oktyabrında da qatar Bakıdan Qarsa yola düşdü. Qatarın hərəkətə başlaması başqa ab-hava diktə edirdi. Bu dəfə hər üç dövlət böyük dilemma qarşısında qalmağın sancısını çəkməyəcəkdi. Bu dəfə xalqların müqəddəratı prioritet məsələ olaraq ortaya atılmışdı.Cənubi Qafqazda təmsilçilik sferasından kənarda qalan Ermənistanın xiffət çəkməsi fonunda böyük qardaşların təsəllisi də bir işə yaramadı. Bilərəkdən qulaq ardına vururlar ki, Qarabağ münaqişəsi yoluna qoyulmadan normal qonşuluq siyasətinə töhfə verilməyəcək.

 

Maraq doğuran məsələlərdən biri də  bir vaxtlar prezident kürsüsündə təqdim olunan Mixail Saakaşvilinin keçirdiyi hal idi.

Görəsən, Kiyevin küçələrində siyasi sığınacaq axtarmaqla məşğul olan Saakaşvilini Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi hadisəsi sevindirə bildimi? Təməlini qoyduğu layihənin gerçəkləşməsinə az da olsa ürəyində xeyir-dua verdimi?!

 

Yoxsa, o da bizim kimi başqasının çömçəsini buladığından məsələnin vacib detallarını unutdu?! Bu arada, qatarın işə düşməsini nağıla bənzədənlər vardı ha, elə onların rahatlığının bir səbəbi də Rusiya-Gürcüstan müharibəsinin Cənubi Qafqaz regionu üçün yaratdığı təhlükə idi.

“Bu layihə nağıldan başqa bir şey deyil” prinsipi, elə nəhəng dövlətlər üçün nağıl olaraq qaldı. Zatən, tarix yazmaq iddiasında olanlar hər şeyi gözə almışdı

 

İndi Saakaşvilinin hisssiz halını  anlamaq olar. İllərdir ki, nə Rusiya Mişanın, nə də Mişa Rusiyanın  “ətəyində namaz qıla bilir”.

 

Sadəcə, meydanda açıq mübarizə gedir. Kimin qalib gələcəyi də bəlli deyil. Bu baxımdan da, Saakaşvilinin “mən nə hayda, siz nə hayda” deyəcəyi fikir  də anlaşılan olar.  Yaxşı, bəs bizə nə olub?! Yanımızdan Bakı-Tbilisi-Qars layihəsi  işə düşür, amma biz layihənin vacib detallarına göz gəzdirmək  sevdasına belə düşmürük. Elə buna görədir ki, xəritədə öz tariximizi Ermənistanın adına çıxarmaqla məşğuluq.

Görünür, başımızı xırda işlərə sərf etdiyimizdən düşmən böyük planlar cızmaqla məşğuldur. Halbuki, tarixi zəfərə hansısa avtoritetin sevgisindən daha çox can yandırmalı idik. Amma yandırmadıq.

99 ildən sonra Azərbaycanla Türkiyə “Mudros” sazişinin əksinə olaraq Bakı-Tbilisi-Qars üzərindən birlik, qardaşlıq nümayiş etdirirdi. Nəhəng dövlərlərin “mətbəxində” bu dəmir yolu xəttinin açılmasının strateji, siyasi, iqtisadi tərəfləri “şişə çəkilirdi”. Hər vəchlə, böyük proyektin gerçəkləşməsi kiçildilirdi.

Nə isə.. Kimlərin nə danışmasından asılı olmayaraq, qatar Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət etməkdə davam edir və edəcək. İstəsələr də, istəməsələr də hər kəs o qatarların dalınca baxmaq məcburiyyətində qalacaq. Çünki o qatarlarda  hədəflər, planlar, ümidlər daşınacaq.

 


SON XƏBƏR
Sabunçu rayonunda dörd otaqlı ev yandı
21.01.2019, 00:45

Sabunçu rayonunda dörd otaqlı ev yandı

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü
21.01.2019, 00:27

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı
21.01.2019, 00:04

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu
20.01.2019, 23:36

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu

Ağstafada yanğında xəsarət alan qadın öldü
20.01.2019, 23:09

Ağstafada yanğında xəsarət alan qadın öldü

İrana casusluq edən alman zabiti yaxalanıb
20.01.2019, 22:43

İrana casusluq edən alman zabiti yaxalanıb

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU
20.01.2019, 22:22

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU

Rusiya Yaponiya arasında GƏRGİNLİK
20.01.2019, 22:01

Rusiya Yaponiya arasında GƏRGİNLİK

Bakıda sərnişin avtobusu qəza törətdi
20.01.2019, 21:42

Bakıda sərnişin avtobusu qəza törətdi

Qadın əməliyyat zamanı öldü
20.01.2019, 21:22

Qadın əməliyyat zamanı öldü

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi
20.01.2019, 21:06

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi

122,5 min insan işıqsız qalıb
20.01.2019, 20:55

122,5 min insan işıqsız qalıb

Tibetdə 5 bal gücündə zəlzələ oldu
20.01.2019, 20:43

Tibetdə 5 bal gücündə zəlzələ oldu

Azərbaycanın İrana neft ixracı azalıb
20.01.2019, 20:29

Azərbaycanın İrana neft ixracı azalıb

8 BMT sülhməramlısı öldürüldü
20.01.2019, 20:15

8 BMT sülhməramlısı öldürüldü

“Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacağıq” - Türkiyə Prezident Administrasiyası
20.01.2019, 20:01

“Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacağıq” - Türkiyə Prezident Administrasiyası

DİN Şəhidlər Xiyabanında Milli Şura tərəfdarları ilə baş vermiş insidentə münasibət bildirib
20.01.2019, 19:32

DİN Şəhidlər Xiyabanında Milli Şura tərəfdarları ilə baş vermiş insidentə münasibət bildirib

Gözlər yoldan yığılarmı... - III Yazı
20.01.2019, 17:40

Gözlər yoldan yığılarmı... - III Yazı

Çilidə güclü zəlzələ olub
20.01.2019, 17:25

Çilidə güclü zəlzələ olub

Dubayda magistrallarından biri “EXPO-2020” adlandırılıb
20.01.2019, 17:10

Dubayda magistrallarından biri “EXPO-2020” adlandırılıb

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20.01.2019, 16:55

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Savat üzrə açıq Respublika çempionatı keçirilib
20.01.2019, 16:37

Savat üzrə açıq Respublika çempionatı keçirilib

Macarıstanda etirazların yeni dalğası başlayıb
20.01.2019, 16:20

Macarıstanda etirazların yeni dalğası başlayıb

Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutulldu - FOTO
20.01.2019, 16:05

Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutulldu - FOTO

Xocavənd qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTO
20.01.2019, 15:50

Xocavənd qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTO

Özbəkistanda dəyəri milyon dollardan çox olan xəzinə tapılıb
20.01.2019, 15:38

Özbəkistanda dəyəri milyon dollardan çox olan xəzinə tapılıb

İstanbul metrosunda “Qanlı Yanvar” - FOTO
20.01.2019, 15:24

İstanbul metrosunda “Qanlı Yanvar” - FOTO

Dünyanın ən yaşlı kişisi 113 yaşında öldü
20.01.2019, 15:20

Dünyanın ən yaşlı kişisi 113 yaşında öldü

Bakıda külək mərasim evini uçurub
20.01.2019, 15:14

Bakıda külək mərasim evini uçurub

Azərbaycanın elektrik enerjisi ixracı artıb
20.01.2019, 15:09

Azərbaycanın elektrik enerjisi ixracı artıb

Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO
20.01.2019, 14:59

Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Sovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin Əhmədov
20.01.2019, 14:50

Sovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin Əhmədov

İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR
20.01.2019, 14:41

İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR

“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”
20.01.2019, 14:30

“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”

Dağıstanda sosial problemlər...
20.01.2019, 14:17

Dağıstanda sosial problemlər...

İmişlidə yol qəzası: ölən və yaralananlar var
20.01.2019, 14:00

İmişlidə yol qəzası: ölən və yaralananlar var

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTO-VİDEO
20.01.2019, 13:45

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTO-VİDEO

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...
20.01.2019, 13:32

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...

Sevgilisinin məktubunu saxladığım şəhid
20.01.2019, 13:20

Sevgilisinin məktubunu saxladığım şəhid

Azərbaycanda ağır qəza: 3 yaralı var 
20.01.2019, 13:10

Azərbaycanda ağır qəza: 3 yaralı var 

Həftənin ilk iş gününün HAVASI
20.01.2019, 13:00

Həftənin ilk iş gününün HAVASI

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO
20.01.2019, 12:45

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev
20.01.2019, 12:33

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev

Həm peşə, həm də Vətən borcu...   
20.01.2019, 12:21

Həm peşə, həm də Vətən borcu...  

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı
20.01.2019, 12:06

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 
20.01.2019, 12:00

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO
20.01.2019, 11:50

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı
20.01.2019, 11:43

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı

Bakıda piyada keçidində vurulan qadın həkimdir
20.01.2019, 11:39

Bakıda piyada keçidində vurulan qadın həkimdir

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb
20.01.2019, 11:34

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb

ARXİV