Milli Məclisin mətbuat katibi Akif Nəsirov Modern.az-a bildirib ki, yaxın vaxtlarda parlament binasının ikinci korpusu istifadəyə veriləcək: “İkinci korpusun açılışı Milli Məclisin oktyabrın 1-də öz işinə başlayacaq payız sessiyasına kimi reallaşacaq.
Yeni korpusda mətbuat konfranslarının keçirilməsindən ötrü yeni zal da nəzərdə tutulub. Bu isə Milli Məclisdə jurnalistlər üçün şəraitin daha da yaxşılasdırılması deməkdir”.