20 avqust 2018, Bazar ertəsi
Ana Səhifə - Yazılar - Onların burdakı nökərləri
Onların burdakı nökərləri
07.12.2017, 12:18

Hidayət Elvüsal


Buralarda şikayət edənləri az-çox bilirik. Kimi qonşusundan, kimi döyüldüyündən, kimi başqasının zibilinə düşdüyü bank kreditindən… şikayət edir.

Amma beynəlxalq şikayətçilərimiz də var ki, bəzilərinə qeyri-hökumət təşkilatları deyirlər.  Bu, uzaq-uzaq yerlərdən maaş alanlar daimi şikayətçi dəstəsi yaradıblar və gecə-gündüz həmin o uzaq-uzaq yerlərdə qapı-qapı gəzib, vaynövsə qoparırlar:

- Cessi xala, and olsun sənin o bakirə canına ki, vəziyyətimiz çox ağırdır. Bax, sənin o ortancıl oğlun maşallah, oxuyub iş-güc sahibi olub. Amma bizim uşaqlar ha oxuyub, ha çalışırlar… nazir ola bilmirlər. Elələri var ki, heç nazirlikdə adicə şöbə müdiri də qismət deyil. İndiyə qədər mühəndis, həkim, müəllim, elm adamı… olublar. Bəs, nazir? Bəs icra başçısı? Bəs…

Cessi xalaları da o uzaq-uzaq yerlərin parlamentlərində-zadında cır-cır çağırır ki, ay haraayyy… Azərbaycanda bu binəvalar nazir ola bilmirlər.

Hamınız bilirsiniz ki, indi dəlləkdən tutmuş, naxırçıya, kababçıya qədər dəstə-dəstə “jurnalist” adı ilə gəzib, dələduzluq edənlər var. Və bunların bəziləri elə cinayət üstündə yaxalanır və həbsxanaya göndərilir ki, get oralarda istirahət elə. Onlar yatırlar, amma çöldə bəzi “hüquq müdafiəçiləri” deyilən şoğəriblər qaçıb, döşənirlər uzaq-uzaq yerlərdəki arıq, sarıbaş bir kişinin ayaqlarına:

- Toni dayı, dədəm-nənəm sənə qurban. Demokratiyanı, söz azadlığını nə təhər boğazlayıblarsa, nəfəsi çıxmır. Bütün ömrünü baş qırxmaqla keçirən, mal-qara otaran… jurnalistlər həbsxanalarda sənin dədənin ruhuna dua oxuyurlar.

Hələ biri var buralarda. Biri yox e, bir neçəsi ya özləri, ya da bəzilərinin arvadları uzaq-uzaq yerlərdə bar-bar bağırırlar:

- Əgər qoluboyların zövqünə uyğun klub tikib verməsələr, bu Amstadamın küçələrində özümə od vurub yandıracam! Gül kimi geylərin qədrini bilmirlər. Onları alan, ailə quran yoxdur. Dəhşət!!! Belə ölkə barədə nə düşünürsüz?

Bunlar nədir ki? İşğalçıların da xalaları, bibiləri var. Gözləyirlər. O uzaq-uzaq yerlərdən əmr gələn kimi qarğa kimi ağız-ağıza verib qarıldaşırlar. Faşist, işğalçı ölkəni quzu kimi göstərib, onları beynəlxalq layihələrdən məhrum edənlərin ünvanına nifrinlər yağdırırlar.

Bir az yumşaldaq.

Yadımdadır ki, hüquq müdafiəçisi bir toyuq oğrusunu “siyasi dustaq” kimi təqdim eləmişdi. Sonralar TV-lərin birində etiraf elədi ki, dustağın qohumları xahiş eləmişdi, yalvarmışdı, buna görə siyahıya salınmışdı.

Yaxud böyük faciənin ildönümündə bir cüt yaramaz, ər-arvad ermənilərin hüquqlarının pozulmasından bəhs edən bəyanat vermişdi. Nə vaxt, harada? - cavab yox idi. Amma onların qabağına bir-iki sümük atan var idi.

Sizi yormayım. Diqqətlə baxın - bəzi təşkilatlar, hüquq-müdafiəçiləri əslində bu məsələyə biznes mənbəyi kimi baxan satqınlar, nankorlar, dələduzlar qruplarıdır.

O qruplar ki, uzaq-uzaq yerlərdə Vətənlərinə, millətlərinə, dövlətlərinə ləkə yaxmaqla pul qazanırlar.

O ki, qaldı həqiqi təşkilat və hüquq-müdafiəçilərinə - onlara hörmətimiz sonsuzdur. Vicdanlı, namuslu insanları qiymətləndiririk.

Yoxsa Cessinin, Toninin, Coninin Küxelbekerin… ayağının altında yaltaq-yaltaq miyoldayan, ulayan nadürüst xainlərin şər-böhtanları o uzaq-uzaq yerlərdəki qaniçənləri sərxoş eləyər.

 

 

 

 


Müəllifin digər yazıları
SON XƏBƏR
“Taliban” atəşkəs elan etdi
20.08.2018, 00:52

“Taliban” atəşkəs elan etdi

Bakıda keçirilən
20.08.2018, 00:33

Bakıda keçirilən "GymBala" beynəlxalq turniri yekunlaşdı

Bu şirkət dünyada tarixi ilkə imza atacaq
20.08.2018, 00:16

Bu şirkət dünyada tarixi ilkə imza atacaq

Elmar Qasımov Avropa çempionu oldu
19.08.2018, 23:58

Elmar Qasımov Avropa çempionu oldu

Ebola bu ölkədə 49 can aldı
19.08.2018, 23:45

Ebola bu ölkədə 49 can aldı

105 yaşlı keçmiş hərbçi diplomunu 83 il sonra aldı
19.08.2018, 23:27

105 yaşlı keçmiş hərbçi diplomunu 83 il sonra aldı

Müharibənin ayırdığı qardaşlar 7 il sonra Həcc ziyarətində qarşılaşdılar - VİDEO
19.08.2018, 23:09

Müharibənin ayırdığı qardaşlar 7 il sonra Həcc ziyarətində qarşılaşdılar - VİDEO

Qəzada ana və azyaşlı oğlu xəsarət aldı
19.08.2018, 22:58

Qəzada ana və azyaşlı oğlu xəsarət aldı

Güclü zəlzələ Türkiyəni silkələdi
19.08.2018, 22:41

Güclü zəlzələ Türkiyəni silkələdi

Sərhəddə 18 kilometrlik növbə yarandı
19.08.2018, 22:15

Sərhəddə 18 kilometrlik növbə yarandı

Paşayeva Makedoniya və Koreya türkləri ilə bir arada
19.08.2018, 22:01

Paşayeva Makedoniya və Koreya türkləri ilə bir arada

Trampın müşaviri İsraildədir
19.08.2018, 21:46

Trampın müşaviri İsraildədir

“Neftçi” çempionatın lideri oldu
19.08.2018, 21:29

“Neftçi” çempionatın lideri oldu

Bakıda növbəti avtobus davası - VİDEO
19.08.2018, 21:12

Bakıda növbəti avtobus davası - VİDEO

Lənkəran sakini ot biçərkən öldü
19.08.2018, 20:47

Lənkəran sakini ot biçərkən öldü

Çində güclü qasırğa
19.08.2018, 20:32

Çində güclü qasırğa

İndoneziyanı güclü zəlzələ silkələdi
19.08.2018, 20:18

İndoneziyanı güclü zəlzələ silkələdi

Azərbaycanda benzin bahalaşdı
19.08.2018, 20:01

Azərbaycanda benzin bahalaşdı

Bərdədə inzibati binada yanğın baş verib
19.08.2018, 18:00

Bərdədə inzibati binada yanğın baş verib

"Barselona" 105 milyonluq futbolçudan imtina etdi
19.08.2018, 17:47

"Barselona" 105 milyonluq futbolçudan imtina etdi

Saatlı sakini özünü odlu silahla vuraraq intihar edib
19.08.2018, 17:30

Saatlı sakini özünü odlu silahla vuraraq intihar edib

Barda atışma - 1 nəfər ölüb, 3-ü yaralanıb
19.08.2018, 17:17

Barda atışma - 1 nəfər ölüb, 3-ü yaralanıb

Dünyanın ən bahalı avtomobili: 17,5 milyon dollar
19.08.2018, 17:00

Dünyanın ən bahalı avtomobili: 17,5 milyon dollar

Möhtəşəm ixtira: artıq sizi aldada bilməyəcəklər
19.08.2018, 16:40

Möhtəşəm ixtira: artıq sizi aldada bilməyəcəklər

Azərbaycan səmasında UNO görünüb?   
19.08.2018, 16:20

Azərbaycan səmasında UNO görünüb?  

Daha bir ölkədən Türkiyəyə dəstək      
19.08.2018, 16:04

Daha bir ölkədən Türkiyəyə dəstək    

Məşhur türkiyəli futbolçu soyuldu
19.08.2018, 15:48

Məşhur türkiyəli futbolçu soyuldu

Sabah ölkə ərazisində küləkli hava şəraiti davam edəcək
19.08.2018, 15:27

Sabah ölkə ərazisində küləkli hava şəraiti davam edəcək

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"
19.08.2018, 15:07

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb
19.08.2018, 14:50

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir
19.08.2018, 14:39

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb
19.08.2018, 14:22

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb

Şimali Koreya icazə verdi: Yoxlayın
19.08.2018, 14:10

Şimali Koreya icazə verdi: Yoxlayın

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi
19.08.2018, 13:52

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi

ABŞ-da konsertdə konstruksiya aşdı  - 14 yaralı var
19.08.2018, 13:40

ABŞ-da konsertdə konstruksiya aşdı - 14 yaralı var

ARXİV