Modern.az

“Azərbaycan” Nəşriyyatından “reket qəzetlər” barədə AÇIQLAMA

“Azərbaycan” Nəşriyyatından “reket qəzetlər” barədə AÇIQLAMA

Media

11 İyul 2016, 11:07

“Nəşriyyatın əsaslı təmir olunması bizim öz imkanlarımz xaricindədir. Bir neçə il əvvəl təmirlə bağlı birbaşa aid olduğumuz Prezidetin İşlər İdarəsinə müracət edilib. Bu istiqamətdə işlər gedir. Ancaq təmirə nə zaman başlanacağı dəqiq məlum deyil. Hələ ki, gözləyirik. Yəqin nə zamansa təmir başlanacaq”.

Bu sözləri Modern.az saytına “Azərbaycan” Nəşriyyatının mətbuat katibi Yeganə Qasımova deyib.

Yeganə Qasımova deyib ki, nəşriyyatın ümumi təmiri ilə bağlı hansısa imkanlı qəzet sahibləri təklif irəli sürməyib.
“Biz imkanımız daxilində buranı dağılmağa qoymuruq. Əsas odur ki , çapı axsatmamaq üçün bütün əlimizdən gələni edirik. Aparatlar vaxtı-vaxtında yağlanır, dərmanlanır və hər gün çapdan sonra qulluq göstərilir. Koridorların işığı, lampaları və digər gündəlik vacib əhəmiyyətli məsələləri daim diqqət mərkəzində saxlayırıq. KİV nümayəndələri və qəzetlərin çıxması üçün nə lazımdırsa edirik, heç nəyi əsirgəmirik”.


“Azərbaycan” Nəşriyyatının təmsilçisi burada ofis kirayələyən “reket qəzetlər” haqda məlumatsız olduqlarını deyib.

O, bildirib ki, Mətbuat Şurasının “qara siyahı”ya saldığı və ya “reket” elan etdiyi qəzetlərə bağlı nəşriyyata rəsmi müraciət olunmayıb:

““Reket” adlandırılan, “qara siyahı”ya salınan qəzetlərin çap olunmaq üçün Ədliyyə Nazirliyindən rəsmi icazəsi varsa və hansısa qurumlar onları “qara siyahı”ya salıbsa, bizə bu barədə rəsmi məktub göndərilməyib.

Bizdə bununla bağlı rəsmi məlumat yoxdur. Ola bilər ki, Mətbuat Şurası və digər qurumlar hansısa qəzetləri “qara siyahı”ya salıb və ya “reket” elan ediblər. Amma rəsmi olaraq bununla bağlı bizə müraciət daxil olmayıb”.

Nəşriyyatın mətbuat katibi çap və kommunal borcu olan qəzetlərdən də danışıb:

““Azadlıq” qəzetinin çap və kommunal xərclərlə bağlı borcu var. Ara-sıra onlara bununla bağlı rəsmi məktub göndəririk. 20 min manatdan çox borc yığılıb. Müştərək dil tapmağa çalışırıq, kompromisə gəlirik.
“Yeni Müsavat”, “Bakı-Xəbər” , “Şərq” qəzetlərinin də nəşriyyata borcu var”.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı