Modern.az

“Petkim” şirkətinin baş direktoru nə üçün saxlanılıb? – SOCAR-dan AÇIQLAMA

“Petkim” şirkətinin baş direktoru nə üçün saxlanılıb? – SOCAR-dan AÇIQLAMA

İqtisadiyyat

28 İyul 2016, 11:22

SOCAR "Petkim Petrokimya Holding A.Ş."-nin sabiq baş icraçı direktoru Saadettin Korkutun həbs olunması və bir neçə işçisinin vəzifədən uzaqlaşdırlmasının səbəblərini açıqlayıb.

Bu barədə Modern.az-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Saadettin Korkut həbs olunaraq işdən çıxarılmasına və bir neçə vəzifəli şəxsin işdən kənarlaşdırılmasına əsas səbəb onlardan qabaq işdən çıxarılan bir yüksək vəzifəli şəxsin şikayəti olub.

 Xatırladaq ki, "Petkim Petrokimya Holding A. Ş." neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut dünən saxlanılıb.

 

Korkut həbsdən öncə holdinq rəhbəri tutduğu vəzifədən istefa verib.

 

Holdinqdə  onunla əlaqəsi olan digər müəssisələrin də rəhbərliyində təmsil olunan bir neçə şəxsin işindən uzaqlaşdırıldığı iddia olunur.

 

Ümumilikdə, faktla bağlı 200-dən çox şəxs işdən uzaqlaşdırılıb. Onların arasında "SOCAR Turkey Energy" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə bölmənin rəhbəri Ömər Adsız, STAR zavodunun insan resursları üzrə direktoru Fuat Ulagay və onun "SOCAR Turkey Energy"dən olan həmkarı İlqar Mehmetoğlu, "SOCAR Turkey Energy"nin elmi tədqiqat üzrə direktoru Çetin Korkut da istefa verib.

 

Onların işdən uzaqlaşdırılmasına səbəb Fətullag Gülənin təşkilatı ilə əlaqələrinin olmasıdır.

 

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü