24 oktyabr 2017, Çərşənbə
Ana Səhifə - MÜSAHİBƏ - “Hökumətin bəzi səlahiyyətləri vitse-prezidentlərə verilə bilər” - Referendum Aktı layihəsinə ŞƏRH
“Hökumətin bəzi səlahiyyətləri vitse-prezidentlərə verilə bilər” - Referendum Aktı layihəsinə ŞƏRH
28.07.2016, 14:37

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklərlə bağlı Modern.az-ın suallarını cavablandırıb.

-Hadı müəllim, ölkə Prezidentinin imzaladığı müvafiq sərəncamla Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı olaraq 26 sentyabrda referendum keçiriləcək. Bu məsələni necə qiymətləndirirsiniz?


-“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə dövlət başçımızın sərəncamı tamamilə təbii və məntiqəuyğun olub, ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlir.

Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib. Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın çağdaş inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır.

Heç bir Konstitusiya mütləq dəyişkən və ya mütləq sabit kimi qəbul edilmir, belə qruplaşdırma nisbidir. Məsələn, dünya dövlətləri arasında dəyişikliklərə daha çox davamlı olan konstitusiya kimi tanınan Amerika Birləşmiş Ştatlarının konstitusiyasının özünə də çox uzun zaman kəsiyini əhatə etməsinə baxmayaraq, 27 dəfə dəyişiklik edilib. Dəyişikən konstitusiya dövlətin inkişafının göstəricisi kimi çıxış edir. Bundan başqa, dəyişkən konstitusiyalar ictimai rəyin nəbzini daha asanlıqla tuta və insanların düşüncələrini əks etdirə bilir.

Dəyişməz konstitusiyalar dəyişən sosial və iqtisadi şəraitə uyğunlaşmaqda çətinliklə üzləşir. Konstitusiyanın bu cür sərtliliyi müəyyən zamanlarda cəmiyyətin irəli addımlamasına baxmayaraq, konstitusiyanın yerində sayması ilə nəticələnir. Bu isə istənilən halda cəmiyyətin inkişafını ləngiməsinə təsir edir. Bu yanaşmanı tarixən iki müxtəlif hüquqi inkişaf yolunu seçmiş dövlət – Fransa və Böyük Britaniyaya nəzər yetirməklə müşahidə etmək mümkündür.

Böyük Britaniyanın yazılı konstitusiyası yoxdur, bununla belə konstitusiya anlayışı özünü tam formada əks etdirir. Böyük Britaniyada konstitusion dəyişikliklər, adi qanunlara edilən dəyişikliklər kimi parlament tərəfindən həyata keçirilə bilir. Bu mənada, Böyük Britaniya konstitusiyası tarixən dəyişkən olub. Digər tərəfdən, Fransa konstitusiyası olduqca sabit, dəyişdirilməsi çətin olub. Bu səbəbdən, Böyük Britaniyada parlamentarizmə keçid prosesi daha asan olub, əksinə Fransa isə konstitusiyanın dəyişməzliyi səbəbindən inqilabla üzləşmiş, və müxtəlif vaxtlarda 5 fərqli konstitusiya qəbul edilib.

Düşünürəm ki, Azərbaycan Respublikasının sabit və davamlı inkişafı, təhlükəsizliyinin tam təminatı kimi güclü prezidentlik institutu və onun təkmilləşdirilməsi məqsədi yeni Referendum Aktının hədəfləri kimi cəmiyyət və xalq tərəfindən birmənalı müdafiə olunacağı qənaəti yaradır. Cənab prezident tərəfindən dövlət idarəetməsini geniş əhatə edən faydalı və ciddi fundamental dəyişiklikləri ehtiva edən bir referendum layihəsi təklif olunur və ümid edirəm ki, xalq da bu dəyişikliklərə müsbət cavab verəcək.

-Bəs Konstitusiyaya ediləcək dəyişikliklər ölkənin sosial, iqtisadi və əmək sferasına necə təsir edəcək?

-Bu gün torpaqlardan səmərəli istifadə etmək bir nömrəli məsələ kimi həm hökumətin və həm də kəndlilərin qarşısında qoyulub. Torpaqlar 99 illiyə uzun müddətə kəndlilərə verilib. İndi elə adamlar var ki, bundan heç bir formada istifadə etmir. Dünyanın heç bir yerində torpaqlara belə biganə münasibət yoxdur. Məsələn, İranda torpaqların 70 faizi dövlətin, 30 faizi şəxsi mülkiyyətdədir.

Buradan belə bir nəticə çıxır ki, bütün məqsəd ona yönəlməlidir ki, torpaqdan maksimum istifadə edilsin. Məsələn, Lənkəranda hər kvadrat metrə adam az düşdüyünə görə adambaşına torpaq da az miqdarda bölünüb. Onlar torpağı hərəsi bir yerdə  hasarlayıb istifadə etmirlər. Digər böyük rayonlarda da 100 hektarlarla torpaqlar istifadə edilmir. Kooperasiya qanunu ilə bütün bu torpaqlar birləşdirlməlidir. Hesab edirəm ki, konstitusiyaya ediləcək yeni dəyişiklərlə torpaq mülkiyyəti və aqrar sahədə olan fundamental problemlər öz həllini tapmış olacaq.

Sənədə əmək hüququnun təmin edilməsi ilə bağlı, əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə yeni lokautun qadağan edilməsi barədə müddəa daxil edilib. Lokaut qısa olaraq işəgötürən tərəfindən qanunsuz və əsassız hesab etdiyi tətillərin qarşısını almaq üçün müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılmasıdır.

Artıq bundan sonra mülkiyyət konsepsiyasına mütərəqqi sosial məsuliyyət anlayışı daxil edilir. Bu Qərb hüquq sistemində tətbiq edilən prinsipdir və mahiyyəti xüsusi mülkiyyət və sosial rifahı əlaqələndirmək və sosial ədalət və məsuliyyəti inkişaf etdirməkdir.


-I vitse-prezidentlik və vitse-prezidentliyin təsis edilməsinin nə kimi əhəmiyyəti olacaq?

 

-Vitse-prezident vəzifələrinin təsis edilməsi Prezidentin iş fəaliyyətinə dəstək, Prezident xarici səfərlərdə olduqda və ya zərurət yarandıqda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etmək məqsədi ilə müəyyən edilmişdir.

Layihədə vitse-prezidentin statusu və fəaliyyəti ilə bağlı ümumi müddəalar yer alıb. Bu, Azərbaycan üçün yeni bir institutdur və fəaliyyətinin gələcəkdə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Bu ilin aprel ayında cəbhə xəttində baş verən hadisələr də göstərdi ki, belə institutun yaradılması zərurəti mövcuddur.

Prezidentlik müddətinin artırılması əsas diqqətin sabitlik, iqtisadi inkişaf, sosial rifah və digər dövlət proqramlarının icrasına yönləndirilməsinə imkan verəcək. Prezidentin seçilmə müddətinin ölkədəki demokratik vəziyyətə və demoktratik institutların fəaliyətinə təsiri yoxdur.

Dünya üzrə bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 5 ildən çox, 6-7 il müəyyən olunub. İtaliya, Finlandiya, Avstriya, İsrail, İrlandiya, Rusiya və Meksika kimi ölkələr buna nümunədir. Fransada və Türkiyədə uzun müddət prezidentlik müddəti 7 il olub və bu dövrdə Fransa və Türkiyədə demokratiya və iqtisadi vəziyyət geriləməyib.

Ümumi olaraq qeyd edilməlidir ki, yeni layihə ölkəmizin Konstitusion quruluşunda və idarəçilik ənənələrinə yeni səhifə gətirir və gələcək silsilə islahatların əsasını müəyyən edir.

Vitse-prezidentlik dünyada geniş yayılmış dövlət idarəçilik formasıdır. Bu gün dünyanın 67 ölkəsində vitse-prezidentlik idarə üsulu var. İranda 10-dan çox vitse-prezident var. Amerikada, Avropada vitse-prezidentlik quruluşu mövcuddur. Bu idarəçilik formasının inkişaf etdirilməsi çox önəmlidir. Bizim ölkə bu gün prezident üsulu idarəsi olan dövlətdir. Ona görə də bu referendumla prezident üsul idarəsi daha da güclənəcək.

Mən bir siyasətçi kimi hesab edirəm ki, I vitse-prezidentlik və vitse-prezidentlik olacaqsa, artıq Nazirlər Kabinetinin və Prezident Administrasiyasının səlahiyyətlərinə də ciddi şəkildə aydınlıq gətirilməlidir.

Yəni ölkədə eyni funksiyaları Prezident Administrasiyası yerinə yetirirsə, bəs o zaman Nazirlər Kabineti nə ilə məşğul olmalıdır?

Əslində Konstitusiyada Nazirlər Kabinetinin və Prezident Administrasiyasının vəzifə və səlahiyyətləri öz əksini tapıb. Sadəcə olaraq, bu məsələdə Prezidentin direktiv sənədlərində, normativ hüquqi aktlarında, sərəncam və fərmanları ilə bu qurumların səlahiyyətləri düzgün bölüşdürülməlidir.

Lazımsız qurumların, təkrarçılığın və məmur kütləviliyinin qarşısı birmənalı şəkildə alınmaldır. Hər yanda gözünü açırsan, görürsən məmur işə gəlib-gedir və maaş alır. Konstitusiya dəyişikləri ilə inzibatçılığın azalmasına, idarəetmədə şəffaflığın artmasına, struktur islahatlarına rəvac verilməli və məmur təkrarçılığının qarşısını alınmalıdr.

Preziodent Administrasiyası ilə Nazirlər Kabineti arasındakı səlahiyyət bölgüsünə ciddi bir aydınlıq gəlməlidir.

Ola bilsin ki, Administrasiya və Nazirlər Kabinetinin bir sıra səlahiyyətləri vitse-prezidentliyə verilsin. Çünki idarəçilikdə yarana biləcək bu cür təkrarçılıqdan qaçmaq lazımdır.

Bu məsələlərə çox ciddi baxmaq lazımdır. Düzdür, indiki referendumla Nazirlər Kabineti saxlansa da, hesab edirəm ki, təkrarçılığa ehtiyac yoxdur və bu sahədə olan səlahiyyət bölgülərinə tam aydınlıq gəlməlidir.

Çünki bu gün Nazirlər Kabinetində də və Prezident Administrasiyasında da aqrar, sosial və iqtisadi bölmələr var. Belə təkrarçılığın qarşısı alınmalıdır. Ölkə Prezidenti də 2015-i “islahatlar ili” elan edib. Əsas məqsəd odur ki, maksimum optimallaşdırmaya keçilsin.

-Milli Məclisə üzv seçilməyin yaş həddinin 25-dən 18-ə endirilməsini bir deputat kimi necə qiymətləndirirsiniz?

-Milli Məclisə üzv seçilməklə bağlı yaşhəddinin 18-ə endirilməsi gəncləri çox sevindirir. Onların seçmək hüquqları var idi və artıq bundan sonra da seçilmək hüququ da olacaq. Bu gün ölkədə gənclik hərəkatı geniş vüsət alıb. Qoy gələcəkdə gənclərimiz parlamentdə yüksək səviyyədə təmsil olunsun. Millət vəkili seçilməyin 18 yaşa endirilməsinin əhəmiyyəti odur ki, artıq parlamentdə yaşlılarla yanaşı, orta yaşlılar, gənclər təbəqəsi də formalaşacaq.

Seçkili vəzifələrə yaşla bağlı tələblərin olmaması Almaniya, Fransa, Norveç, Finlandiya, Avstria, Danimarka, Estoniya, İngiltərə və sair Qərb ölkələrində tətbiq edilir. Bu tələblərin götürülməsi eyni zamanda gənclərin seçkili vəzifələrə marağını artıracaq, ictimai həyatda daha aktiv olmalarını təmin edəcəkdir.

Deputat seçilmək üçün 25 yaş tələbinin əsas mahiyyəti namizədlərin müəyyən təhsil, bilik və təcrübə bacarıqlarına malik olmasını şərtləndirməkdir. Deputatın seçkili vəzifə olması, ölkəmizdə majoritar seçki sisteminin tətbiq edilməsi ilə bağlı nəticəni birbaşa vətəndaşların səsinin həll etməsi fonunda 25 yaş tələbi vətəndaşların seçilmə, dövlət idarəetməsində iştirak hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bu baxımdan bu tələbin götürülməsi demokratik yanaşmadır və müsbət hal kimi qəbul edilməlidir.

 

-Konstitusiyaya ediləcək dəyişikliklərdə Prezidentin parlamenti buraxması məsələsi də öz əskini tapıb. Bəs bunu necə dəyərləndirirsiniz ?

 

-Qanunvericilik hakimiyyəti ilə bağlı əhəmiyyətli yeniliklərdən biri də Azərbaycan Respublikası Milli Məclisinin buraxılması ilə bağlı əlavə edilən yeni maddədir. İlkin olaraq bu maddə ilə bağlı elə təəssürat yarana bilər ki, burada yanaşma parlament institutunun rolunun nisbətən zəifllədilməsidir. Lakin maddəni daha yaxından təhlil etdikdə görünür ki, əsas məqsəd daha çox sabitliyin təmin edilməsi və parlamentdaxili böhran, xaotik vəziyyətlərdə dövlət idarəçiliyinin, dövlət hakimiyyəti qollarının normal və fasiləsiz fəaliyyətinin təmin edilməsidir.

Nümunə üçün bu hal Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və ya Milli Məclisin fəaliyyəti aradan qaldırıla bilməyən səbəblər üzündən icra edilə bilinmədikdə son zərurət tədbiri kimi tətbiq edilə bilər.

Parlamentin buraxılması ilə bağlı oxşar yanaşma və mexanizmlər Fransa, Almaniya, İtaliya, İrlandiya, Rumıniya, Rusiya və sair ölkələrin konstitusiyalarındada müəyyən edilib.

Ölkə Prezidenti tərəfində parlamentin buraxılması məsələsi də bu günün reallıqları baxışından çox mühüm və önəmli məsələdir.

Çünki əgər parlament müsbət deyil, mənfi tendensiyalara cavab versə, Prezident onu buraxacaq. Bu da ölkədə özbaşınalığın, xaosun qarşısını almağa xidmət edir.

Bütün bu Konstitusiya dəyişikliklərində əsas məqsəd prezident üsul idarəsi olan dövlətimizdə hakimiyyət idarəçiliyinin daha çevik, sürətli və mükəmməl formada həyata keçirməkdir.


Ağa AKİFOĞLU

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb
24.10.2017, 00:57

Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb

Bərdənin su təchizatında problem yarandı
24.10.2017, 00:43

Bərdənin su təchizatında problem yarandı

Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır - Video
24.10.2017, 00:17

Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır - Video

İlin ən yaxşı məşqçisi Zidan oldu
24.10.2017, 00:01

İlin ən yaxşı məşqçisi Zidan oldu

Gürcüstanda azərbaycanlı qətlə yetirildi
23.10.2017, 23:46

Gürcüstanda azərbaycanlı qətlə yetirildi

Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək
23.10.2017, 23:26

Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri istefa verir
23.10.2017, 23:07

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri istefa verir

Yağın ardınca pendir də bahalaşdı - VİDEO
23.10.2017, 22:48

Yağın ardınca pendir də bahalaşdı - VİDEO

Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir
23.10.2017, 22:31

Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir

Ukrayna prezidentinə sui-qəsd ...
23.10.2017, 22:17

Ukrayna prezidentinə sui-qəsd ...

ABŞ-ın dövlət katibi Bağdada gəldi
23.10.2017, 22:01

ABŞ-ın dövlət katibi Bağdada gəldi

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu
23.10.2017, 21:46

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu

İşğal olunmuş torpaqda İŞĞALÇINI MƏĞLUB ETMƏK HƏQİQƏTİ...
23.10.2017, 21:31

İşğal olunmuş torpaqda İŞĞALÇINI MƏĞLUB ETMƏK HƏQİQƏTİ...

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi
23.10.2017, 21:13

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi

Çeçenistanda silahlı insident: 4 ölü
23.10.2017, 20:57

Çeçenistanda silahlı insident: 4 ölü

Müsavatçılar Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşacaq
23.10.2017, 20:43

Müsavatçılar Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşacaq

Gürcüstanın baş naziri Bakıya gəlir
23.10.2017, 20:29

Gürcüstanın baş naziri Bakıya gəlir

İtaliyada meşə yanğınları səbəbindən əhalinin təxliyyəsinə başlanılıb
23.10.2017, 20:16

İtaliyada meşə yanğınları səbəbindən əhalinin təxliyyəsinə başlanılıb

Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib
23.10.2017, 20:02

Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib

"Çudo Peçka”nın 27 əməkdaşı dindirilib
23.10.2017, 19:51

"Çudo Peçka”nın 27 əməkdaşı dindirilib

Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib
23.10.2017, 18:55

Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib

Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb
23.10.2017, 18:40

Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb

Sabahdan güclü geomaqnit qasırğası başlayır
23.10.2017, 18:31

Sabahdan güclü geomaqnit qasırğası başlayır

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrıldı
23.10.2017, 18:16

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrıldı

Rəsulzadənin ailəsi ilə SON GÖRÜŞÜ...
23.10.2017, 18:11

Rəsulzadənin ailəsi ilə SON GÖRÜŞÜ...

Abel Məhəmmərovdan birinci kurs tələbələrinə çağırış
23.10.2017, 18:05

Abel Məhəmmərovdan birinci kurs tələbələrinə çağırış

Kamal Abdulla BMT nümayəndəsi ilə görüşüb
23.10.2017, 17:49

Kamal Abdulla BMT nümayəndəsi ilə görüşüb

Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir
23.10.2017, 17:44

Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir

Manat və dolların sabahkı məzənnəsi
23.10.2017, 17:22

Manat və dolların sabahkı məzənnəsi

İraq kürdləri Bağdaddan sülh istədi
23.10.2017, 17:20

İraq kürdləri Bağdaddan sülh istədi

Uşaqların dini mərasimlərə aparılması rəsmən QADAĞAN OLUNUR  
23.10.2017, 17:17

Uşaqların dini mərasimlərə aparılması rəsmən QADAĞAN OLUNUR  

Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı
23.10.2017, 17:15

Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı

Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ
23.10.2017, 17:09

Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - QALMAQAL
23.10.2017, 17:06

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - QALMAQAL

Hadı Rəcəbli üslubu
23.10.2017, 17:06

Hadı Rəcəbli üslubu

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(4.88%)
“Azərişıq”(24.8%)
“Azərsu”(9.02%)
“Azəristiliktəchizat”(3.00%)
Heç biri(58.2%)