Məşhur amerikalı rejissor, ssenarist və prodüser Kertis Henson 71 yaşında vəfat edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, rejissor “Los-Anceles sirləri”, “Vunderkindlər” və “8-ci mil” kimi filmlərin rejissoru olub.
Los-Anceles polis departamentinin yaydığı məlumata görə rejissorun ölümü təbii səbəblərdən baş verib.
Onun ürək tutmasından vəfat etdiyi və cəsədinin Hollivud təpəliklərində yerləşən evində aşkar olunduğu bildirilir.
1992-ci ildə Kertis “Bələyi yelləyən əl” filmi ilə diqqətləri özünə cəlb etmişdi. 1997-ci ildə isə karyerasının ən uğurlu filmini – “Los-Ancelse sirləri”ni çəkmişdi. 2 Oskar mükafatı qazanan film neonuar janrında çəkilmiş ən uğurlu filmlərdən sayılır.
2002-ci ildə Ketris repçi Eminemin iştirakı ilə “8-ci mil” filmini çəkmişdi. Onun sonuncu ekran işi 2012-cu ildə çəkilən “Dalğaların fatehi” filmi olub.
Vüqar İSMAYILOV