Modern.az

Xalq artistinin oğlu ağır vəziyyətdədir - FOTOLAR

Xalq artistinin oğlu ağır vəziyyətdədir - FOTOLAR

12 Oktyabr 2016, 13:52

İrəvan Dövlət Teatrının aktyoru 37 yaşlı Məmməd Zeynalov insult keçirib. Modern.az saytının xəbərinə görə, aktyor hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

 

Əldə etdiyimiz məlumata görə, aktyor dəvət aldığı serial çəkilişinə gedərkən qəfildən təzyiqi qalxıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.


Həkimlər həyati təhlükəsi olduğunu bildirir. Ailə üzvlərinin müalicə üçün yetərli vəsaiti olmadığı da qeyd edilir.

 

Qeyd edək ki, M.Zeynalov Azərbaycanın xalq artisti mərhum Eldəniz Zeynalovun oğludur, ailəlidir.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü